Xanım deputata ağır itki Bu gün Barışla Sanqu Bakıya gəlir “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad Aygünün toy tarixi açıqlandı
Axtar
 
  • / Sosial / — 16 Dekabr 2017

    Xanım deputata ağır itki

  • / Maqazin / — 13 Dekabr 2017

    Bu gün Barışla Sanqu Bakıya gəlir

  • / Maqazin / — 09 Dekabr 2017

    “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad

  • / Maqazin / — 09 Dekabr 2017

    Aygünün toy tarixi açıqlandı

  • / Maqazin / — 09 Dekabr 2017

    Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir

  • / Maqazin / — 30 Noyabr 2017

    Tarkan həyat yoldaşını klipinə çəkəcək

Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verib - Foto

Tarix 13.10.17, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılmış və əlavə və dəyişikliklər edildikdən sonra hər iki hesabat üzrə qətnamələr qəbul edilmişdi.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları- Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub.

Qeyd edək ki, həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilmişdi.

Xatırladaq ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov həmin qətnamələri sərt tənqid etmişdi: “Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə “Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır” sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər”.









Xəbərin oxunma sayı : 112

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda