Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçılar xilas edildi

Tarix 12.03.18, 17:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu il martın 9-da Astara reydində “ŞA-284” bort nömrəli “Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanılaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, küləkli hava şəraitində yedəyə alınaraq sahilə çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Quliyev Həsənqulu Ağaqulu oğlu və Nəhmətov Nail Feyzulla oğlu olmaları müəyyən olunub.



Xəbərin oxunma sayı : 367




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap