Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Deputat çayxanaları pislədi, oğlunun isə 5 mərtəbəli çayxanası - FOTOLAR

Tarix 18.09.19, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


Deputat Elmira Axundova sosial şəbəkə istifadəçilərinin tənqidlərinə məruz qalıb.

Yeni Sabah xəbər verir ki, deputatın hədəfə gəlməsinin səbəbi çayxanalar barədə səsləndirdiyi fikirlərdir.  

Elmira Axundova Milli Məclisin Mədəniyyət komitəsinin iclasında gənclərin çayxanalara üz tutmasından gileylənib.

"Yerlərdə gənclərlə, cavanlarla bağlı məsələ düşündürücüdür. Çayxanalar bu gün onların "əsas” söhbət-müzakirə yeridir. Hesab edirəm ki, bu, düzgün deyil. Biz layiqli vətəndaşlar yetişdirməliyik. Dövlətimizin, xalqımızın, inkişafımızın gələcəyi üçün savadlı, daha dünyagörüşlü gənclər, cavanlar yetişdirilməlidir.

Ona görə yerlərdə mədəni səviyyənin yüksəldilməsi, mədəniyyət sahəsinin inkişafı çox vacibdir. Çayxanlarla uzağa getmək olmaz”,- deyə deputat bildirib.

Prinsipcə Elmira Axundovanın fikirlərində hər hansı qəbahət yoxdur. Əksinə, deputat doğrudan da aktual mövzuya toxunub. Lakin məsələ burasındadır ki, Bakıda ən iri çayxanalardan biri Elmira Axundovanın oğluna məxsusdur. Söhbət "Çardaq” çay evindən gedir.

Bir neçə mərtəbədən ibarət olan çayxana Nərimanov rayonu ərazisində fəaliyyət göstərir. Elmira Axundova bu faktı təkzib edə bilməz. Çünki sözügedən çayxana barədə deputatın oğlu Həbib Axundov da danışıb. O, mediaya açıqlamasında belə bir çayxanasının olduğunu bildirmişdi. Bu baxımdan sosial şəbəkə istifadəçiləri Elmira Axundovanın səmimi olmadığını qabardaraq onu tənqid atəşinə tutublar.





































Xəbərin oxunma sayı : 862




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap