Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Deputat İranı işğalçı ilə əlaqələrə son qoymağa çağırdı

Tarix 08.11.17, 13:24

Font ölçüsü : - / +
bitmap-img6


Vahid Əhmədov: “Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana qarşı sanksiyalar qəbul olunmalıdır”

“Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib, 1 milyon qaçqınımız var. Torpaqları da sülh yolu ilə qaytarmaq istəmir. Digər tərəfdən də Azərbaycanın dövlət başçısının apardığı siyasət nəticəsində bütün layihələrdən kənarda qalıb. İstər Bakı-Tiflis-Ceyhan, istər Bakı-Ərzurum neft-qaz kəmərləri, son vaxtlar da Bakı-Tiflis-Qars dəmir yolu, TANAP-TAP layihələri. Bütün bunların hamısından kənarda qalan Ermənistan başa düşür ki, bunun axırı yoxdur”.

Deputat Vahid Əhmədov bu fikirləri Ermənistanın bölgədəki iri layihələrdən kənarda qalması halında işğalçı ölkədə yaşanan panik vəziyyəti “Yeni Müsavat”a şərh edərkən söylədi. Qeyd edək ki, Ermənistanın baş naziri Karen Karapetyan erməni ictimaiyyətini sakitləşdirmək üçün ölkəsinin də Bakı-Tiflis-Qars dəmir yoluna qoşulacağını iddia edib. Hətta ermənilər Gürcüstana təsir etməklə istəklərinə çatacaqlarına ümid edirlər. Lakin Azərbaycan XİN-in rəhbəri bəyan edib ki, Ermənistan işğala son verdiyi halda bu layihəyə qoşula bilər. 

V.Əhmədov da bunun alternativini görmür və İrəvanın mövcud vəziyyətdən dərs götürməsini zəruri sayır: “Yəni iqtisadi cəhətdən Azərbaycan belə layihələrə imza atırsa, iri dövlətlərlə belə layihələr imzalanırsa, deməli, Azərbaycanın müstəqilliyi qorunub-saxlanılacaq və Azərbaycan daha da güclənəcək. Bunu Ermənistan da yaxşı anlayır. Sadəcə, İrəvanın apardığı siyasət onların hansısa iqtisadi layihələrdə iştirakına imkan vermir. Xatırlayırsınızsa, Cenevrədə cənab prezidentlə görüşdən sonra Sərkisyan gedib ordakı ermənilərlə görüşdü və tamamilə əks mövqe ortaya qoydu, güzəştlərin mümkün olmadığını dedi. Yəni onlara inanmaq olmaz. Mən belə hesab edirəm ki, nə qədər Azərbaycan torpaqları işğal altındadır, nə qədər ki, bizim torpaqlarımız işğaldan azad olunmayıb, Ermənistanla heç bir iqtisadi əlaqəyə getməyə lüzum yoxdur. Çünki bu, onların əl-qolunu daha çox açar və daha artıq iştaha düşərlər”. V.Əhmədov qeyd etdi ki, Ermənistandakı vəziyyət onsuz da ağırdır: “Bu ölkənin bütün əmlakı faktiki olaraq Rusiya şirkətlərinin əlindədir. Müəyyən qədər xaricdə yaşayan ermənilər, diaspora bu ölkəyə kömək edir. Onsuz da bu vəziyyət uzun müddət davam edə bilməz. İqtisadi cəhətdən Ermənistanı bir az da sıxmaq lazımdır ki, onun vəziyyəti daha da gərgin olsun”.

Deputat bildirdi ki, Azərbaycanla həmfikir olan digər dövlətlər, xüsusilə İslam dövlətləri də bu mövqedən çıxış etməli, işğalçı Ermənistanı təcrid vəziyyətinə salmalıdır. V.Əhmədov İraq Kürdüstanının “müstəqillik” iddiasına düşməsinin qarşılığında separatçıları blokadaya alan Türkiyə, İraq və İranın işğalçı Ermənistana da eyni münasibət göstərməsini vacib sayır: “Çox təəssüf ki, bəziləri üzdə belə danışırlar, sonra gedib arxada işğalçı ölkə ilə iqtisadi-siyasi əlaqələr qururlar. Digər dövlətləri demirəm, elə İslam dövlətləri tərəfindən təcrid olunsa, Ermənistan geri çəkilər. İslam dövlətlərinin birliyini ən çox istəyən Azərbaycan və Türkiyə prezidentləridir, çox çalışırlar ki, İslam həmrəyliyi daha da genişlənsin, bu ölkələr bir yerdə olsun. Ona görə Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana qarşı da sanksiyalar qəbul olunmalıdır”.

V.Əhmədov Bakı-Təl-Əviv münasibətlərindən həyəcanlanan Tehranın Ermənistan XİN rəhbərinin İsrailə səfər etməsinə sakit yanaşmasına da diqqət çəkdi: “Hansı ki, Azərbaycanla İran arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Son vaxtlar İran və Azərbaycan arasında gediş-gəliş xeyli artıb. Həmçinin İranın Azərbaycandakı iqtisadi layihələrdə iştirakı, zavod-fabriklərin tikintisində yer alması, sərmayə qoyması barədə kifayət qədər faktlar var. Eyni zamanda Azərbaycan İran-Astara yolunun çəkilməsi ilə əlaqədar qonşu ölkəyə maliyyə yardımı göstərib. Bunlar onu göstərir ki, biz açıq siyasət aparırıq. Həmçinin deyirik ki, Ermənistan işğalçı dövlətdir, onunla əlaqələr kəsilməlidir. İran da Pakistan və İndoneziya kimi Ermənistanla əlaqələrdən imtina etməlidir”.



Xəbərin oxunma sayı : 127




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap