Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Deputat İsa Qəmbərin fikirinə etiraz etdi: “... o zaman qanlı müharibələr başlamalıdır“

Tarix 16.05.19, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


BAXCP-nin mətbuat xidməti İsa Qəmbərin "Keşikçi " monastır kompleksini kimə məxsus olmasını alimlər müəyyən etməlidir” və İlham İsmayılın "biz Gürcüstanla ərazi mübadiləsi çərçivəsində monastırı Gürcüstana verə bilərik” kimi fikirlərinə partiyanın sədri, millıt vəkili Qüdrət Həsənquliyevin münasibətini öyrənib.

AzFakt.com-un məlumatına görə, BAXCP sədri bildirib ki, hər iki fikir çox zərərli və təslimçilik ruhunda verilən açıqlamalardır: "XXI əsrdə sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Eyni əhəmiyyətli torpaqların dəyişdirilməsindən söhbət gedə bilər. Keşikçidağ kompleksi tarixi abidədir. Azərbaycan həmin ərazidə hotellər tikib, turizmi inkişaf etdirib gəlir əldə etməlidir. Əgər tarixdə hansı torpaq hansı xalqa məxsus olub düşüncəsi ilə məsələyə yanaşsaq, bütün Avropada, dünyada dövlətlərin sərhədləri dəyişməli, yeni ərazilər uğrunda qanlı müharibələr başlamalıdır.

Bundan başqa həmin kompleks alban abidəsidir. Hətta gürcü abidəsi olsa belə bu heç nəyi dəyişmir.

Bu məntiqlə Azərbaycan da gərək 1736- cı ildə Nadir şah tərəfindən Gəncə xanlığından alınıb gürcü xanlığı Kaxetiyaya verilmiş Borçalını tələb etsin. Gürcüstanla bizim aramızda viza rejimi yoxdur. Nə vaxt istəyirlər pulsuz ziyarət etsinlər oranı. Sərhəd rejimini də tam sadələşdirə, yaxud aradan qaldıra bilərik. Halbuki İtalyanlar Milandakı məhşur "Duomo” kilsəsini muzeyə çevirib böyük məbləğdə pul yığmağa başlayıblar.

Keşikçidağı bizdən alacaqlarsa, xalq olaraq heç vaxt Qarabağı azad edə bilmərik. Deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik”.



Xəbərin oxunma sayı : 220




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap