Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Deputat Aydın Mirzəzadə sözünün üstə 5 saat dayana bilmədi:“Paşinyanın vurulması çağırışını etməmişəm“

Tarix 31.05.19, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatı Aydın Mirzəzadə bu gün parlamentini iclasında “Snayperçilərimiz Paşinyanı vursun” sözlərini işlətmədiyini bəyan edib.

AzFakt.com xəbər verir ki, bu barədə deputat tərəfindən Mia.az-a daxil olan məktubda parlamentdəki çıxışın təhrif edildiyi vurğulanıb: “Milli Məclisin plenar iclasında etdiyim çıxış mətbuat tərəfindən təhrif edilib. Mən Ermənistan baş naziri Paşinyanın snayperlə vurulması çağırışı etməmişəm. Mən çıxışımda cəbhə bölgəsində snayperlərin yerləşdirilməsini, atəş məsafələrinin nəzarətə götürülməsini təklif etmişəm.

Demişəm ki, cəbhə bölgəsinə hər iki dövlətin rəsmiləri, o cümlədən, Paşinyan da gələ bilər. Belə bir zamanda Azərbaycan snayperlərinin atəş açması fatal nəticələrə gətirib çıxarda bilər. Eləcə də, Azərbaycan dövlətinin rəsmiləri cəbhə xəttində olarkən, Ermənistan ordusunun snayperlərinin atəşi çox pis nəticələrə səbəb ola bilər. Təəssüf ki, mənim çıxışım jurnalistlər tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb”.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə “Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar. Ermənistanın müdafiə naziri cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy zabitimizin qanı yerdə qalmasın. Ermənistan üçün bu, dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqı səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır”, – deyə açıqlama vermişdi.

Lakin göründüyü kimi, bu açıqlamanın üstündən 5 saat çəkməmiş deputat xüsusi açıqlama ilə çıxış edərək, belə bir çağırış etmədiyini bəyan edib.



Xəbərin oxunma sayı : 472




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap