Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Deputat canlı yayımda karbamid yedi –Gürcüstanda şok olay VİDEO

Tarix 20.01.19, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın Acarıstan muxtar bölgəsinin Ali Sovetinin “Gürcü arzusu” hakim partiyasından deputatı Lado Mqaloblişvili canlı yayımda karbamid kimyəvi birləşməsini yeyib və bununla da onun təhlükəsizliyini sübut edib.

Karbamid, yaxud sidik cövhəri – azot tərkibli mineral gübrədir. Bu, qoxusu olmayan rəngsiz kristaldır. Karbamid ammonyakla karbon qazının sintezindən əldə edilir. Sidik cövhərindən yalnız gübrə kimi deyil, həm də bitkilərin zərərvericilərdən mühafizəsi məqsədilə istifadə edilir.

“Qruziya-Onlayn” nəşri xəbər verir ki, karbamidin daşınması üçün Batumi limanında mineral gübrələr terminalının tikintisi planlaşdırılır. Şəhərin bəzi sakinləri bu layihənin qəti əleyhinədirlər və onu “Batumiyə kimyəvi hücum” kimi qiymətləndirirlər. Onlar terminalın tikintisinin qadağan edilməsi tələbi ilə bir neçə piket də keçiriblər.
















Mqaloblişvili etiraz edənlərə Acarıstan televiziyasının canlı efirində cavab verib. Telekanalın studiyasında aparıcı ilə yanaşı, aksiyaların təşkilatçılarından biri – Aleksandr Tevzadze də olub. Deputatın efirə canlı qoşulması vaxtı o, plastmas stəkan götürüb və stəkanın içərisindəki karbamidin bir hissəsini yeyib. Bu zaman Mqaloblişvili bildirib ki, etiraz aksiyaları “pulla tutulmuş adamlar” tərəfindən keçirilir və onları “Rusiya təbliğatının bir hissəsi” adlandırıb.

“Burada məndə sorma konfetlər var, onlar qatil adlandırırlar. Qonağınız (Aleksandr Tevzadze) bunları götürüb laboratoriyada yoxlaya bilər ki, doğrudan da karbamiddir, ya yox. Guya ki, bu sorma konfetlər insanları öldürür. Budur, lap gözünüzün qabağında…”, – deyərək Mqalobişvili qranulaları yeyir.










Xəbərin oxunma sayı : 151




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap