Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Deputat dövlət qurumlarında ixtisarlardan danışdı – “Qarşımızda duran vəzifədir”

Tarix 13.10.17, 17:04

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin tərkib hissəsi olaraq ötən ildən ölkədə geniş struktur islahatları start götürüb. Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a bildirib ki, bu islahatlar 2015-ci ildə baş verən devalvasiyaların şokunun azaldılmasında mühüm rol oynayıb:

“2015-2017-ci illər dövlətə öz resurslarına və idarəetmə strukturlarına, hökumətin tərkibinə, bilavasitə ölkə rəhbəri tərəfindən strateji əhəmiyyət daşıyan orqanların fəaliyyətinə münasibətdə mühüm bir dövr oldu. Hətta bu dövrü sınaq da adlandıra bilərik. Bir neçə gün öncə prezident Nazirlər Kabinetinin müşavirəsində müxtəlif sahələrdə həyata keçirilən dəyişikliklərə geniş yer verdi. Ölkəyə daha çox vəsait gətirən sahələr vurğulandı. Bu o demək idi ki, atılan addımlar mənfi tendensiyaları durdurmağa imkan verdi, devalvasiyaların şokunu azaltdı. Sonrakı dövrdə ölkədən böyük maliyyə axınlarının qarşısını almağa imkan verdi”.

Deputat bununla yanaşı, bəzi sahələrdə problemlərin hələ də qaldığını qeyd edib:

“Bizi ən çox narahat edən də qiymətlərin bahalaşmasıdır. Bahalaşma hələ də davam edirsə, demək maliyyə orqanlarında daha bitkin idarəetmə rıçaqlarına ehtiyac var. Ona görə də anti-inhisar tədbirləri gücləndirmək lazımdır. Düşünürəm ki, hər kəs bu sahədə yaranan zərurətin fərqindədir. Ölkə başçısının “Strateji yol xəritəsi”nin müxtəlif bəndlər üzrə yerinə yetirilməsində böyük uğurlarla yanaşı, çatımazlıqların olduğunu da qeyd etməsi bu məqamlardan xəbər verir. Bu baxımdan, dəyişikliklərə, yeni yanaşmalara ehtiyac var.

Onlarla strukturlar olmasına baxmayaraq, insanların problemləri qalır. Nə qədər yeni infrastruktur meydana çıxsa da, o biri yandan həllini gözləyən problemlər var. Ona görə bu yöndə də addımlar atmağa ehtiyac var. Eyni zamanda, xarici iqtisadi əlaqələrin genişləndirilməsi vacibdir.
İdarəetmə sisteminin daha monolit, komplekt olması, əhalinin 100 min nəfərinə düşən məmur sayının optimallaşdırılması hər bir ölkənin, eləcə də bizim qarşımızda duran vəzifədir. Büdcə vəsaitlərindən hökumətin və digər dövlət strukturlarının saxlanmasına yüz minlərlə manat sərf olunursa, onlar işləri ilə bunu doğrultmalıdırlar. Bazar iqtisadiyyatı şəraitində güvənli olmayan strukturların fəaliyyəti ilə bağlı yeni yanaşmalar zəruridir. Elə bu səbəbdəndir ki, bir çox qurumlar hüquqi şəxslərə çevrildilər. Düşünürəm ki, bu dairəni genişləndirmək mümkündür. Çünki onlar geniş ictimai xidmət sferasıdır.

Belə olan təqdirdə xidmətdən əldə edilən vəsaitlər həmin qurumların büdcəsini təşkil edə bilər və dövlətin büdcəsinin yükü azalar. Məsələnin tərkib hissəsi kimi rayonların uzun illərdir davam edən dotasiya proseslərinə edilmiş haqlı yanaşma idi”.

Z.Oruc deyib ki, yalnız mərkəzi büdcədən asılı olmaqla, iqtisadiyyatı paytaxt ətrafında təmərküzləşdirmək düzgün deyil: “Ona görə də cənab prezident bütün ölkə boyu aqrar sferanı hərəkətə gətirib.Məşğul əhalinin az qala 50 faizi bölgələrdə məskunlaşıb. Ancaq onların ÜDM-dəki payı aşağıdır. Bu o deməkdir ki, iqtisadi səbəblər bir resursdan asılı qala bilər. Bunun üçünsə müvafiq addımlar atılmalıdır”.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap