![]() |
|














Deputat Elnur Allahverdiyev: “Sahibkarlara 500 milyon manatlıq yeni kredit portfeli ayrılacaq“
Tarix 03.07.20, 23:37 |
|
113.jpg)
"Qlobal pandemiya reallığında milli iqtisadiyyatların nə zaman işə düşəcəyi və dövlətlərarası iqtisadi münasibətlərin tam bərpa olunacağını proqnozlaşdırmaq olduqca çətindir. COVID-19 virusu artıq bütün dünyanı əhatə edir və ikinci dalğa təhlükəsi aktuallığını saxlayır. Deməli, yerli biznes və milli sahibkar zərərdə qalmaqda davam edəcək və dövlətin müdaxiləsinə ehtiyac duyacaq. Bu baxımdan, hökumətin sahibkarlara yardım məqsədilə hazırladığı növbəti dəstək paketinin ciddi önəmi var”.
Bu sözləri Oxu.Az-a koronavirus pandemiyası ilə əlaqədar yaranmış iqtisadi vəziyyəti şərh edərkən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, Nazirlər Kabinetinin Tədbirlər Planına əsasən, 1 iyuladək İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 28851 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117529 fərdi və ya mikro sahibkar müraciət edib. Bu, bütövlükdə 146380 vergi ödəyicisi edir. 28851 vergi ödəyicisinə dair təsdiq edilmiş müraciət üzrə maliyyə dəstəyinin həcmi 97,5 milyon manat, o cümlədən ikinci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsait 48,75 milyon manat təşkil edir:
"Bildiyiniz kimi, bu vəsaitin ödənilməsi prosesi həyata keçirilir. İqtisadiyyat Nazirliyinin bu günə olan məlumatına görə, 24273 vergi ödəyicisinə 210653 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 95,14 milyon manat, ikinci ay üzrə ödənilmiş vəsaitin məbləği isə 46,93 milyon manatdır”.
E.Allahverdiyevin sözlərinə görə, dəstək üçün fərdi sahibkarlar tərəfindən 117529 müraciət daxil olub və onlardan 110079-u araşdırılaraq təsdiqlənib və maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.
"Təsdiq edilmiş müraciətlər üzrə maliyyə vəsaiti 63,16 milyon manat təşkil edir. Bu vəsaitin 62,98 milyon manatı artıq hesablara köçürülüb. Yəni 105638 fərdi sahibkar dövlət dəstəyindən yararlanıb,” – deyə millət vəkili bildirib.
Deputatın verdiyi məlumata görə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə daha bir dəstək paketinin ayrılacağı gözlənilir. Belə ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, 500 milyon manatlıq yeni kredit portfeli üzrə Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur:
"Burada iki məqama xüsusi diqqət yetirmək lazımdır. Birincisi, biznes kreditlərinə dövlət zəmanəti və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqi tarixi addımdır. Çünki COVID-19-dan zərər çəkmiş sferaların dirçəlməsi, bərpası və artımına kömək olacaq. İkincisi isə, bu mexanizm girov qoya bilməyən biznes təmsilçiləri üçün investisiya layihələrinin icrasında dəstək olacaq” – deyə millət vəkili bildirib.
E.Allahverdiyev deyib ki, kreditlərin verilməsində bir sıra şərtlərə riayət etmək vacibdir:
"Şərtlər təbii ki, olmalıdır. Məsələn, dövlət zəmanətli kreditlər zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlara verilir. Yaxud, mexanizm müddəti üç ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir. Kreditin müddəti 12 aydan artıq olmamalıdır, məbləği isə üç milyondan çox ola bilməz. Zəmanət Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən kredit təşkilatları vasitəsilə verilir. Bunu bilməmiz çox vacibdir: dövlət tərəfindən yaradılmış maliyyə institutları və fondlarının resursları hesabına ödənilən güzəştli kreditlərə zəmanət və subsidiya verilməyəcək”.
E.Allahverdiyevin fikrincə, dövlətin həyata keçirdiyi dəstək proqramı ümumdünya maliyyə böhranı şəraitində atılmış cəsarətli addımdır. Ancaq bir çoxlarımız bu yardımla bütün problemlərimizin həll olunacağını düşünür və arxayınlaşırıq.
"Bilirsiniz, gəlin etiraf edək ki, heç bir ehtiyat tükənməz deyil, o cümlədən də, dövlət vəsaiti. Dünyanın 150-dən çox ölkəsinin beynəlxalq maliyyə institutlarından yardım istədiyi bir vaxtda Azərbaycanın nəinki kömək üçün müraciət etməməsi, habelə milli iqtisadiyyatı daxili imkanları hesabına bərpa etmək cəhdləri tədqirəlayiqdir və alqışlanmalıdır. Azərbaycanda dövlət vətəndaşın qarşısında məsuliyyətini tam hiss edir və adekvat addımlar atır.
Tez-tez xüsusilə sosial şəbəkələr vasitəsilə bəzi şəxslər populist çıxışlar və çağırışlar edir. Məsələn, dövlət hər bir vətəndaşa filan qədər birbaşa maddi yardım etməlidir. Belə bəyanatları real vəziyyət və imkanlardan xəbərsiz olan adamlar verir, onların qarşıdakı dövrə dair səhih təsəvvürləri yoxdur. İlin sonunadək bizi nələr gözləyir, dünya bazarında hansı hadisələr baş verəcək, enerji daşıyıcılarının qiyməti necə tənzimlənəcək, COVID-19 pandemiyasını cilovlamaq mümkün olacaqmı? Bu suallara cavab vermək çox çətindir, ona görə də dövlət dəstək proqramlarını icra etməklə yanaşı, ehtiyatı da əldən verməməli, sabahkı günü düşünməlidir” – deyə E.Allahverdiyev vurğulayıb.
Xəbərin oxunma sayı : 1762
Sosial
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV