Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Deputat iqtidardan seçki islahatı gözləyir:“Azərbaycanda maksimum 6 güclü siyasi partiya olmalıdır“

Tarix 08.03.21, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


“Qurultayda, ilk növbədə, YAP-ın rəhbərliyində nəsil dəyişməsi baş verdi və bu, böyük hörmətlə edildi. Estafeti gənc nəslə təhfil verən yaşlı nəslin təcrübəsindən istifadə edilməsi və onlara yüksək dəyər verildiyini göstərmək üçün “Ağsaqqalar Şurası” yaradıldı. Ən çox bəyəndiyim məqam bu idi. Vətən müharibəsində şanlı qələbəmizdən sonra siyasi partiyaların təmərküzləşməsi istiqamətində atılan addım, 6 partiyanın YAP-a birləşməsi də xüsusi qeyd olunmalıdır. Bunu həm də proqram və nizamnamələri oxşar olan digər siyasi partiyalar üçün yaxşı nümunə hesab etmək olar. Azərbaycanda bütün siyasi cərəyanlara bağlı, onları əhatə edən 4-5, maksimum 6 güclü siyasi partiya olmalıdır”.

AzFakt.com xəbər verir ki, bunu BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, YAP-ı təmsil edən bütün hökumət üzvüləri və digər yüksək çinli rəsmilər də iqtidar partiyasının siyasətini müəyyən edən, partiyanın ali orqanlarında təmsil olunub həmin prosesdə iştirak etsəydilər, daha yaxşı olardı: “YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. Bu məqsədlə növbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq hər hansı partiyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3 (üçdə ikisindən) çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik”.

BAXCP sədrinin sözlərinə görə, qurultayda diqqət çəkən daha bir mühüm məqam Prezidentin digər siyasi partiyalarla əməkdaşlıq barədə verdiyi açıqlama olub: “Bu açıqlama çox ümidvericidir və siyasi islahatların genişləndirilməsinə, siyasi sistemin daha da güclənməsinə yol açacaq”.



Xəbərin oxunma sayı : 403




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap