“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Deputat Kəmaləddin Heydərovun oğluna cavab verdi: “Müdrik məsləhətlər vermək əvəzinə bunu edin”

Tarix 24.01.23, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


Deputat Etibar Əliyev Avropa Azərbaycan Məktəbinin təsisçisi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova cavab verib.

AzFakt.com-un xəbərinə görə, E.Əliyev T.Heydərovun “Müəllimin şagirdə mənəvi və ya fiziki cəza tətbiq etmək ixtiyarı yoxdur. Heç bir halda! Müəllimin şagirdə qarşı istənilən təzyiqi onun məktəbdən uzaqlaşdırılması ilə nəticələnməlidir. Onun məktəbə, təhsilə verdiyi töhfədən və pedaqoji stajından asılı olmayaraq...” fikri ilə razılaşdığını bildirib.

“Biz də belə düşünürük. Ancaq təhsil haqqı 14 min manat olan məktəbdə də müəllim şagirdi döyür? Belə pullu məktəblərin təsisçilərinə bir sual vermək lazımdır. Məktəbinizdə  kasıb təbəqədən olan istedadlı uşaq təhsil alırmı? Bütün dünyada istedadlı uşaqları çıraqla axtarırlar və maddiyyat bu məsələdə rol oynamır. Əsl vətənpərvərlik istedada fərq qoymamaqdır. Və çalışın heç olmasa məktəbinizdə musiqi dərsində uşaqlar mahnıları Ana dilində oxusunlar. Bizə müdrik məsləhətlər vermək əvəzinə bunu edin.

ABŞ-ın Yell Unuversitetinin tarixində ən gənc (26 yaşında) professor olmuş, Fizika, Kimya, Biologiya və Riyaziyyat sahələrində adını dünyaya eşitdirmiş və "Türk Eynşteyni” adlandırılan Oqtay Sinanoğlu gözəl deyib: "Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir. Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur!”” – E.Əliyev qeyd edib.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap