Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Deputat nazirliyi hədəfə götürdü – “Deyirlər ki, pul yığmağı yığışdırıblar…”

Tarix 12.06.18, 21:49

Font ölçüsü : - / +
bitmap-img6


“Mən problemləri Milli Məclisdə çıxış etmək əvəzinə, çox zaman kiçik çevrədə diqqətə çatdırmağa çalışıram. Bura gəlməzdən əvvəl Təhsil Nazirliyinin hər iki müavininə xidməti telefonumdan zəng etdim, heç biri cavab vermədi”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin növbədənkənar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

O bildirib ki, bu gün məktəblərdə “fondpulu” yığılır: “Deyirlər ki, məktəblərdə pul yığmağı yığışdırıblar. Amma mən də bir valideyn kimi deyə bilərəm ki, bu gün məktəblərdə “fondpulu” yığılır. Bir çox neqativ faktlar hələ də təhsilimizdə qalmaqdadır”.

Deputat təhsil nazirinin müavinlərinə problemlərlə bağlı fikirlərini çatdırmaq istədiyini deyib: “Bu günlərdə bağçada yaşanan problem müzakirə edilir. Bu hadisənin olması gözlənilən idi. Bu barədə düşünmək lazımdır. Çünki özəl bağçalara nəzarət yoxdur.

Özəl bağçalar 2000 manata qədər ödəniş tələb edir, lakin tərbiyəçiyə 200 manat verir. Bəlkə də, aqressiyanın səbəbi budur. Bu gün rektorla danışmaq daha rahatdır, nəinki bağça direktoru ilə. Uşaqlara qarşı bu cür münasibət göstərən müəllim, tərbiyəçilər düşünülmədən həbs edilməlidir”.



Xəbərin oxunma sayı : 643




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap