Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Deputat oğlunun banka borcundan danışdı: - “Məbləğin neçə faiz ödənilməsi…”

Tarix 07.09.19, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün millət vəkili Fəzail Ağamalının oğlunun kredit mübahisəsinə görə məhkəməyə verildiyi barədə xəbər yayılıb.

Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə - İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.

Deputat Fəzail Ağamalı mübahisəli məsələ ilə bağlı Modern.az-a danışıb.

“Ortada heç bir məhkəmə işi yoxdur. Sadəcə olaraq şirkətin bağlı xırda bir ödəməyə ehtiyac qalıb. Məbləğin neçə faiz ödənilməsi, nə qədər borc qaldığı ekspertlər müəyyənləşdirməlidir. Bu da oğlumla bağlı məsələ deyil. Ondan əvvəl icraçı direktor olan şəxsin nöqsanlarıdır. Oğlum da məsələni öz öhdəliyinə götürüb həll edir”.

Haqqında iddia olan şəxs, Elçin Ağamalı bildirib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".



Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap