![]() |
|














Deputat prezidentlə görüşlərinə qəsdən imkan verilmədiyini dedi:“Prezidentin, vitse-prezidentin əhali ilə görüşməsi çox vacibdir“
Tarix 18.02.19, 23:31 |
|

Ölkə prezidentinin imzaladığı sərəncamları, atdığı addımları şərh edən ayrı-ayrı ekspertlər ölkədə islahatların yeni mərhələsinə start verildiyini əminliklə söyləyirlər. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a mövcud durumla bağlı çox maraqlı fikirlər söyləməklə, prezidentin addımlarını təqdir etməklə yanaşı, təcrübəli iqtisadçı deputat olaraq, ölkəmizin daha da güclənməsi üçün vacib saydığı təklifləri də səsləndirib.
AzFakt.com həmin müsahibəni öz oxucularına da təqdim edir:
– Vahid bəy, 2019-cu ilin ilk aylarında atılan addımlar sizdə hansı qənaəti yaradır? Ölkədə ciddi, geridönməz islahatlara start verildiyi barədə fikirləri bölüşürsünüzmü?
– Ümumiyyətlə, apreldəki prezident seçkilərindən sonra Azərbaycanın ictimai-siyasi həyatında, iqtisadiyyatında çox ciddi dəyişikliklər baş verməkdədir. İstər iqtisadi-siyasi, istərsə də digər sahələrdə çox ciddi islahatlara start verilib. Cənab prezidentin şəhid ailələri ilə görüşləri, şəhid ailələrinə çatacaq müavinətin ödənilməsi ilə əlaqədar verdiyi qərarlar çox mühüm addımdır. Bəzi sənədlərdə çatışmazlıqlar olsa da, bütün şəhid ailələrinə 11 min manatın ödənilməsinə qərar verdi. Bu problemlə əlaqədar nə qədər müraciətlər var idi, şəhid ailələri Milli Məclisə gəlirdilər, millət vəkilləri dəfələrlə məsələ qaldırmışdılar. Nəhayət, cənab prezident belə bir humanist qərar verdi.
İkinci ən ciddi məsələ minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması idi. İllər boyu bu məsələnin üzərində müzakirələr gedirdi, hər il 10-12 manat artırırdıq. Amma birdən-birə cənab prezident tərəfindən yaşayış minimumu 50 manat artırıldı və 180 manata çatdırıldı. Çox böyük əhəmiyyət kəsb edən addımdır. Çünki haradasa 400 mindən 600 minədək əhalini əhatə edən qərardır. Mən bu addımları yüksək qiymətləndirirəm.
– Yeri gəlmişkən, dövlət başçısı özü də ötən həftə bildirdi ki, 2019-cu ildən islahatların yeni mərhələsi başlayır…
– Doğrudur. Həqiqətən də, islahatların yeni mərhələsi başlayıb. Digər tərəfdən, çox ciddi struktur islahatları həyata keçirilir. Müəyyən nazirliklərdə də ixtisarlar gedir, agentliklər yaradılır, yaxud bəziləri ləğv edilir. O cümlədən müəyyən proqramlar qəbul edilir. Bütün bunlar 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritəsində öz əksini tapıb. Hansı ki, cənab prezident tərəfindən 11 sahə üzrə müəyyən edilmişdi. İndi buna uyğun olaraq da Azərbaycanda həmin islahatlar həyata keçirilir. Hesab edirəm ki, islahatlar davamlı olacaq. Davamlı olmalıdır. Çünki qarşıda görəcəyimiz işlər çoxdur. Neftə söykənən iqtisadiyyatı qeyri-neft sahəsinə yönəltməyin vaxtı çoxdan gəlib çatıb. Bu sahəyə diqqəti daha da artırmaq lazımdır ki, sabah neftlə bağlı müəyyən problemlər olarsa, neftin hasilatında azalma, yaxud qiymətində enmə baş verərsə, Azərbaycan qeyri-neft sekroru vasitəsilə özünün cari və sair xərclərini ödəmək imkanına malik olsun.
– Vahid müəllim, prezidentin səfərlərindən və açıqlamalarından danışdıq. Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncə səfəri və əhali ilə görüşdə dedikləri də maraq doğurdu. Birinci xanım “Əsas məqsədim ondan ibarətdir ki, problemləri, həllini tapmayan məsələləri bilim. Onların hamısı ardıcıl olaraq həllini tapmalıdır” söylədi. Bu fikirlərlə bağlı nə deyə bilərsiniz?
– Mən həm cənab prezidentin, həm də Mehriban xanım Əliyevanın son görüşlərini çox yüksək qiymətləndirirəm. Amma bir məsələni xatırlatmaq istəyirəm. Açığını deyim, əvvəllər prezident rayonlara səfər edəndə millət vəkillərini çağırırdılar. Biz kifayət qədər təcrübəli insanlar kimi, orada cənab prezidentlə görüşür və bölgədəki iqtisadi-siyasi vəziyyət barədə də danışırdıq. Amma görünür bu, bəzi iqtidar nümayəndələrinə sərf eləmədi və deputatları kənarlaşdırdılar. Bu isə düzgün hərəkət deyil. Prezident rayonlara səfər edirsə, o rayonların deputatları da prezidentin yanında olmalıdır. Mən kifayət qədər siyasətdə olan, ölkədəki ictimai-siyasi vəziyyəti analiz etməyi bacaran adamam. Cənab prezidentin, həmçinin birinci vitse-prezidentin əhali ilə görüşməsi çox vacibdir. Orada müəyyən şikayətlərin də olması, məktubların da verilməsi normaldır. Amma bəzi iqtidar nümayəndələri xof yaradırlar. Fikir verdiniz də, həm Şamaxı, həm Gəncə, həm Beyləqandakı görüşlərdə əhali necə razı idi. Belə görüşlər çox olmalıdır.
– Prezident öz komandasına bir sıra yeni üzvlər daxil edib. Onların fəaliyyəti ilə bağlı fikriniz necədir?
– Komanda üzvləri arasında cavan kadrlar çoxdur. Ola bilər, bəziləri hələ kifayət qədər formalaşmayıblar. Jurnalistlərə dedim ki, onların fəaliyyətinə 1 il, il yarımdan sonra qiymət verəcəyik. Amma fakt budur ki, əhali nazirlərdən çox cənab prezidenti görmək, onunla görüşmək, şəkil çəkdirmək istəyir. Amma əlbəttə, nazirlərin də aktiv fəaliyyəti vacibdir. Bu yaxınlarda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov canlı efirə çıxdı, sualları cavablandırdı. Bu da bir metoddur. Belə variantlardan istifadə etmək lazımdır.
– Prezident sərəncamı ilə yaradılan Sosial Tədqiqat Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilən Zahid Oruc müraciətində bildirib ki, fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırdır. Bu təyinata münasibətiniz maraqlıdır. Həm də bu işdə həmkarınıza dəstək olacaqsınızmı?
– Belə bir mərkəzin yaradılmasına ehtiyac var idi. Hesab edirəm ki, bu mərkəz bütün məlumatları cənab prezidentə verməlidir. Azərbaycandakı ictimai-siyasi, sosial vəziyyət dərindən araşdırılmalıdır – özü də təkcə Bakı şəhərində yox, bütün bölgələr üzrə – insanların qaldırdığı problemlər, onların həlli yolları bu təhlil olunmalıdır. Zahid Oruc kifayət qədər təcrübəli insandır, münasibətlərimiz də həmişə yüksək səviyyədə olub, iqtisadi və siyasi məsələlərlə bağlı məsləhətləşmələrimiz, mübahisə və müzakirələrimiz də olub. Amma Zahid Oruc öz üzərində işləyən millət vəkilidir. Odur ki, onun bu quruma sədr təyin edilməsi tamamilə düzgündür. Mən onu təbrik də eləmişəm, özünə də demişəm ki, nə vaxt köməyə ehtiyac olsa, həmişə hazıram.
– Yeri gəlmişkən, bu günlərdə əmanətlərin sığortalanması müddətinin uzadılması ilə bağlı müraciətinizə prezident səviyyəsində reaksiya verildi. Bunu həm də prezidentin deputatların təşəbbüslərinə həssas münasibət göstərməsi kimi qiymətləndirmək olarmı?
– Təbii ki. Ümumiyyətlə, cənab prezidentin son vaxtlar verdiyi qərarların, imzaladığı fərmanlarda əksini tapan məsələlərin əksəriyyəti Milli Məclisdə səsləndirilib. Görünür, dövlət başçısı analiz edir, götür-qoy edir və atdığı addımlar çox yüksək qarşılanır. Əmanətlərin tam sığortalanması haqqında qanunu 2016-cı ilin martında, 3 illiyinə qəbul etmişdik. Martın 1-də həmin müddət bitirdi. Həmçinin qoyulan əmanətlərin 40 faizdən çoxu 3 illik idi. Əmanətçilər və bank işçiləri çox narahat idi. Amma cənab prezident çox müdrik addım atdı və bu müddət bir il müddətinə uzadıldı. Komitə iclasında təsdiqlədik və 19 fevralda plenar iclasda müzakirəyə çıxarılacaq və yəqin ki, təsdiqlənəcək. Biz komitədə də qeyd etdik ki, bank rəhbərləri bu qərarın dəyərini bilməlidirlər. Prezidentin humanist qərarından sonra faiz dərəcələrinə, əhali ilə münasibətlərə yenidən baxılmalıdır.
– Necə bilirsiniz, sizin daim qaldırdığınız məsələ, vaxtı keçmiş kreditlərlə bağlı, nəhayət, addım atılacaqmı? Həm də söhbət 200 mindən çox məhkəmə işindən gedir…
– Məncə, bu məsələ gündəlikdədir. Bu həm əhali, həm də banklar üçün vacibdir. Biz bankların sağlamlaşdırılması prosesini sona çatdırmamışıq. Cənab prezident də bank sistemi ilə bağlı iradlarını bildirib. Hətta 2016-cı ildə dedi ki, iqtisadiyyatımıza ən çox ziyan vuran sistem bank sistemi olub. İndi Maliyyə Bazarlarına Nəzarət Palatası, Prezident Administrasiyası, prezidentin köməkçiləri tərəfindən müəyyən işlər görülür. Ancaq hələlik banklarla əlaqədar ciddi müsbət nailiyyət əldə edilməyib. Biz təkliflər vermişik, onlara baxılıb, qəbul olunacaq, olunmayacaq, deyə bilmərəm. Ona görə də Milli Məclis tribunasından cənab prezidentdən xahiş etdim ki, digər məsələləri həll etdiyi kimi, kreditlər məsələsinə də baxsın. Bu, bütün deputatların daim xahiş etdiyi məsələdir. Bizi əsas maraqlandıran az məbləğdə kreditləri olan insanlardır, hansı ki, ödəmək imkanları yoxdur. Yüksək məbləğdə kredit götürüb harasa xərcləyənlər bizi o qədər də maraqlandırmır. Müəyyən güzəştlərə gedən banklara da təşəkkür edirəm ki, təkliflərimizi nəzərə alırlar.
– Təbii ki, dövlətin əlavə qayğıları var və bu qədər kreditlərin ödənilməsi asan deyil. Bəs xaricdə gizlədilən pulları ölkəyə qaytarıb əhalini bu ağır yükdən xilas etmək mümkündürmü? Bunun mexanizmi varmı?
– Bunlar ciddi məsələlərdir, elə də asan deyil. Məsələn, İngiltərədə qərar qəbul olunub və kimin orda əmlakı varsa, araşdırmalar gedir. İndi də Rusiya ilə bağlı araşdırmalar aparılır. Heç qaytarmaq söhbəti də getmir. Amma biz bir neçə dəfə demişik ki, Azərbaycanda kapitala amnistiya vermək lazımdır. Mən demirəm onlar düz, ya əyri yolla qazanıblar, axır ki, qazanıblar. Elə isə böyük miqdarda vəsaiti niyə aparıb xaricdə qoymalıdırlar? Biz onlara amnistiya verməliyik, deməliyik ki, sən o vəsaiti Azərbaycana gətirirsən, zavod, fabrik tikirsən, yol çəkirsən… Bunun üçün də xüsusi bir qanun qəbul olunmalıdır. Bir sıra dövlətlərdə belə bir qanun qəbul edilib, yəqin gec-tez biz də qəbul edəcəyik. Çünki insanlar xaricə çox vəsait çıxarıblar. Söhbət milyardlardan gedir. Düzdür, bizim 45 milyard vəsaitimiz var, neftin qiyməti də yüksəkdir, maliyyə problemimiz yoxdur. Amma pulların hamısını xərcləyə bilmərik, gələcək nəsillərə saxlamaq lazımdır. Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin, yol təsərrüfatı əməkdaşlarının və digər sahələrdə çalışanların da əmək haqqının artırılması yaxşı olardı. Təbii ki, bunların hamısını birdən-birə etmək çox çətindir. O saat qiymətlər də artmağa başlayır. Süni qiymət artımının qarşısını almaq lazımdır. Süni qiymət artımı inflyasiyaya da gətirib çıxarır və ciddi problem yaradır. Müəyyən qurumlar gərək bu sahəni nəzarətdə saxlasınlar ki, ciddi qiymət artımı olmasın.
Mən hesab edirəm ki, atılan addımlar, gedən islahatlar Azərbaycanın iqtisadi inkişafına böyük təkan verəcək. Bir şərtlə ki, ölkədə qeyri-neft sektorunun inkişafı sürətlənsin, daimi iş yerləri açılsın. İnsanların çoxu tikintidə çalışır. Amma bu, daimi iş yeri deyil. Yaxşı zavodlar, fabriklər, kənd təsərrüfatı sahələri olmalıdır.
– Vahid bəy, iqtidar-müxalifət münasibətləri haqda nə deyə bilərsiniz? Son zamanlar “söyüş müxalifəti” ilə mübarizəyə çağırışlar daha çox eşidilir…
– Mən həmişə bu fikirdə olmuşam ki, iqtidar və müxalifət arasında dialoq olmalıdır, müəyyən məsələlərdə ümumi razılığa gəlməlidirlər. Bizi maraqlandıran əsas məsələ Azərbaycanın müstəqilliyidir, onu qoruyub saxlamaq lazımdır. Bir də Azərbaycanda sabitlik olmalıdır. Dünya dövlətlərində baş verən hadisələrə fikir verin, görün nələr olur. Özünü müxalifət lideri hesab edən istənilən şəxs də qanun çərçivəsində mübarizəsini aparmalıdır, qanuni yolla hakimiyyətə gəlməlidir.
Mən ümumiyyətlə, söyüşü qəbul etmirəm. Siyasətdə söyüş olmamalıdır. Siyasətdə söyüş o vaxt olur ki, siyasətlə məşğul olan adamlar artıq siyasi cəhətdən tükənirlər və başlayırlar söyüş söyməyə. Mən hesab edirəm ki, siyasi mübarizədə söyüşə yer yoxdur.
Ölkədə normal müxalifət də olmalıdır. Demokratik cəmiyyətin əsas cəhətlərindən biri müxalifətin normal fəaliyyət göstərməsidir. Onlar üçün də müəyyən şərait yaradılmalı, dialoqa gedilməlidir. Necə ki, Qarabağ məsələsində hamı eyni fikirdədir, digər məsələlərdə, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələlərdə də ortaq məxrəcə gəlmək mümkündür. Yaxud televiziyalarda da normal vəziyyət yaratmaq lazımdır. Mən bu gün yerli televiziyaları izləmirəm, daha çox Rusiya kanallarına baxıram, orada çox gözəl, səviyyəli ictimai dinləmələr, verilişlər gedir. Bizdə niyə olmasın?
Əvvəllər İTV-də canlı verilişlər olurdu, müxalifətdən də, iqtidardan da çağırırdılar, fərqli fikirlər səsləndirilirdi. Bizim məqsədimiz Azərbaycanın müstəqilliyinin və sabitliyinin qorunub-saxlanılması, ərazilərimizin işğaldan azad olunmasıdır, ayrı niyyətimiz yoxdur. Mən hesab edirəm ki, ölkəmizdə yeni bir dönəm başlayıb, yeni bir islahat sisteminə ayaq qoyulub, bu, hələ başlanğıcdır və davam etdiriləcək. Biz də hamımız kömək etməliyik ki, Azərbaycan çiçəklənsin, inkişaf etsin, stabil olsun, müstəqilliyimiz əbədiyyətə qədər davam eləsin. Unutmayaq ki, torpaqlarımızın azadlığı bizimçün ən əhəmiyyətli məsələlərdən biridir. Torpaqlarımızı azad etmək üçün ölkəmizin daha da güclənməsinə çalışmalıyıq.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
Xəbərin oxunma sayı : 1948
Müsahibə
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV