Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Deputat qəzəbləndi: “Bizi fırladırlar, xalqı fırladırlar“

Tarix 25.04.17, 20:51

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin bu gün keçirilən iclasında "Valyuta tənzimi haqqında" qanunun müzakirəsi zamanı çıxış edən Yevda Abramov icra orqanlarına irad bildirib.

APA-nın xəbərinə görə, deputat vurğulayıb ki, qanuna təklif edilən dəyişiklikdə girov məsələsini iki icra orqanı aralarında müəyyənləşdirə bilmir. Deputatın fikrincə, valyutadəyişmə məntəqələrini ləğv etmək yox, sayını azaltmaq lazım idi.

"Ləğv etdilər ki, qaş düzəltsinlər, vurub gözü də çıxartdılar. 6000 insan buradan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir versinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram.

Novxanı, Bilgəh və Sahil qəsəbəsində villalarda yaşayan şəxslər qəza xidməti maşınlarında çantalarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edəydi və xeyri büdcəyə qalaydı. Babalarımızın, nənələrimizin "sandıq pulu" var. Xalq çaşıb qalıb. Bilmir ki, pulunu hansı valyutada saxlasın. Əslində, bizi fırladırlar, xalqı fırladırlar. İmkan verin, bir düzəngaha, azadlığa çıxaq. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur", - deyə deputat bildirib.



Xəbərin oxunma sayı : 154




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap