Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Deputat Rəfael Cəbrayılovla bağlı sensasion iddia – Ələ keçirdiyi sərvəti İstanbula daşıyıb

Tarix 07.09.19, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatı Rəfael Cəbrayılovun dələduzluq yolu ilə əldə etdiyi sərvəti Türkiyəyə daşıdığı bildirilir.

Yenicag.az xəbər verir ki, adı müxtəlif dələduzluq əməllərində hallanan deputat Rəfael Cəbrayılovun mandatdan məhrum edilməsi artıq qaçılmaz zərurətə çevrilib.

Deputat Rəfael Cəbrayılovun dələduzluğu ilə üzləşərək, külli miqdarda maddi zərərə uğrayan iş adamları “millət vəkili”nin onlara vurduğu ziyanı hələ də ödətdirə bilməyiblər.

İş adamlarından fırıldaqla mənimsədiyi irihəcmli vəsaiti geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınan Cəbrayılov bununla zərərçəkmişlərin canını boğazına yığıb. Onlar deputatın bu dələduzluğu ilə bağlı parlament rəhbərliyinə müraciət etsələr də, bu addım problemin həllinə təsir göstərməyib.

Cəbrayılov iş adamlarından alaraq mənimsədiyi pulları niyə qaytarmır? Doğrudanmı, o, maddi baxımdan bu qədər ağır vəziyyətə düşüb? Qətiyyən! Deputatın özünə və qardaşına məxsus biznes şəbəkəsi fəaliyyətdədir və yəqin ki, gəlirləri stabildir.

Ancaq əldə olunan məlumata görə, Cəbrayılov Azərbaycandakı sərvətinin qardaşının vasitəsilə Türkiyəyə, konkret, İstanbula daşıyaraq, burada özünü miskin görkəmdə göstərməyə çalışır. Yəqin belə bir obraza girməklə, onun dələduzluğunun qurbanı olmuş iş adamlarının bir gün öz şikayətlərindən vaz keçəcəklərinə ümid edir…

Təbii ki, necə seçilməsindən asılı olmayaraq, millət vəkili statusunu daşıyan şəxsin adının dələduzluq əməlində hallanması dövlətin, hakimiyyət bölgüsündə öndə gələn ali qanunvericilik orqanının nüfuzuna ciddi zərbə vurur. Ancaq görünən budur ki, iş adamlarına vurduğu zərəri qarşılamq niyyətində olmayan Cəbrayılov üçün əsas olan dövlətin nüfuzu yox, şəxsi maraqlarıdır. Əks halda, o, adının-soyadının dələduzluq sinoniminə çevrilməsinə razı olmazdı.

Xatırladaq ki, deputatın “fırıldaq toru”na düşən iş adamları Cəbrayılovun deputat mandatından məhrum edilməsi, toxunulmazlığının götürülməsi və barəsində qanun çərçivəsində ölçü götürülməsinə çağırış etmişdilər. Həqiqətən də, yerinə düşən təşəbbüsdür. Bu mənada, sabiq həmkarı, müxtəlif irimiqyaslı dələduzluğuq əməllərinə görə uzun müddətə azadlıqdan məhrum edilmiş keçmiş deputat Dünyamin Xəlilovun aqibəti Cəbrayılov üçün “nümunə” seçilə bilər.



Xəbərin oxunma sayı : 1255




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap