Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Deputat Türkiyə sülhməramlılarına qarşı çıxıb - “Çox yaramaz adamdır...“ + VİDEO

Tarix 04.12.20, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib.

“MediaPost” xəbər verir ki, Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.

Məsələ ilə bağlı haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev facebook səhifəsində bu sözləri yazıb: “Deputat Rasim Musabəyov Türk qoşunlarının Azərbaycanda sülhməramlı əməliyyatlarda iştirakının əleyhinə çıxdı. Çox yaramaz adamdır, həmişə yazıb demişəm”.

Rasim Musabəyovun “MediaPost”a açıqlamasına görə, deyilən tənqidlərə belə münasibət bildirib: “Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam. Belə boş-boş məsələlərə görə məni narahat etməyin”.

Qeyd edək ki, Rasim Musabəyov Azərbaycan – Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəridir. Vaxtilə Cümhuriyyətə xəyanət edib, Moskvaya xidmət edənlərdan biri olan Qəzənfər Musabəyovun nəvəsidir. 




Xəbərin oxunma sayı : 1264




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap