|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Deputatdan Naxçıvanla bağlı şok açıqlama - Onlar qanunsuz “rüsum” ödəmək zorunda qalır
Tarix 29.12.18, 19:28 |
|
"Muxtar Respublika iqtisadiyyatının ödədiyi vergilər babat bir şirkətin ödədiyi vergilər qədərdir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev "AzPolitika.info”ya müsahibə verib. AzFakt.com həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, 2018-ci il sizcə nələrlə yadda qaldı?
– 2018-ci il ölkədə sabitlik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri ilə yadda qaldı. Həm Respublika günü, həm Bakının azad olunması günü möhtəşəm hərbi parad keçirildi. Azərbaycan parlamentinin yüz illiyi yüzlərlə nüfuzlu xarici qonağın iştirakı ilə qeyd olundu. Bundan başqa ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər, forumlar keçirildi ki, bunlardan da biri BAXCP-nin iştirakı ilə keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti oldu. Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul olunması da böyük uğur idi. İqtisadi sferada manatın kursunun sabit qalmasını qeyd edə bilərik.
Üzücü hadisələr kimi Mingəçevir elektrik stansiyasında baş vermiş qəzanı və Gəncədə törədilmiş terror aktını qeyd etmək olar.
- Bəs bir deputat, partiya sədri kimi 2019-cu ildən gözləntiləriniz nədir?
– Düşünürəm ki, Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə torpaqlarımızın işğaldan azad olunmasına imkanlar yaranmışdır. Ümid edirəm 2019-cu il Qarabağın işğaldan azad olunması istiqamətində ciddi qərarların qəbul olunduğu il olacaq.
Bütün daxili və xarici müqavimətə baxmayaraq, Prezidentin sosial-iqtisadi sahədə islahatları genişləndirəcəyini də gözləyirəm. Bəzi vəzifəli şəxslər başa düşməlidirlər ki, keçmişdəki xidmətlərinin qarşılığını milyon dəfələrlə artıqlaması ilə alıblar. İndi isə dövrün çağırışları, onların da mənafeyi tələb edir ki, idarəetmə təkmilləşdirilsin, islahatlar genişləndirilsin.
Ölkəmizin güclənməsini istəyən bütün qüvvələr islahatların alternativinin ağır və üzücü böhran olacağını anlayıb, islahatları genişləndirmək üçün Prezidentə dəstək olmalıdırlar. 1993-cü ildə Prezident Elçibəyin komandasında da yaranacaq böhrandan faydalanacaqlarını düşünən iddialı insanlar var idi. Elçibəy devrildikdən sonra onların aqibətinin necə olduğunu hamımız gördük. Tarix ondan nəticə çıxarmaq üçün öyrənilməlidir…
Gələn il Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul olunacağına da ümid edirəm. Naxçıvan MR-in iqtisadiyyatının inkişaf etdirilməsi Qarabağın erməni işğalından azad olunması qədər vacib, təxirəsalınmaz və strateji baxımdan əhəmiyyətli məsələdir. Mən büdcə müzakirələri zamanı hökumətin diqqətini növbəti dafə Naxçıvanın problemlərinə yönəltmək istəyirdim, amma müzakirələr dayandırıldığından imkan olmadı.
- Belə bir proqramın qəbul olunmasını zəruri edən nədir?
– Azərbaycan Respulikasının Prezidenti Nazirlər Kabinetinin 2017-ci ilin iyulunda keçirilən iclasında və ondan qabaqkı müşavirələrdə söyləmişdi ki, "Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Bölgə rəhbərlərinin fəaliyyətinə həm də bu göstəricilərə görə qiymət veriləcək”. Cənab Prezidentin bu mövqeyinin nəticəsidir ki, ölkənin 34 şəhər və rayonu gələn ilin büdcəsindən nəinki dotasiya almayacaq, hətta Sumqayıt, Abşeron, İmişli, Mingəçevir, Şirvan, Yevlax, Qəbələ, Quba və s. bu kimi şəhər və rayonlar öz xərclərini qarşılamaqla yanaşı dövlət büdcəsinə 10 milyonlarla manat vəsait ödəyəcəklər. Yerdə qalan bütün digər bölgələrin hamısına isə birlikdə 104 milyon manat dotasiyanın ayrılması nəzərdə tutulur.
Naxçıvan blokada vəziyyətində olduğundan Cənab Prezidentin yuxarıda qeyd etdiyim fikirlərini, mənə görə Naxçıvana aid etmək doğru olmaz. Naxçıvan Muxtar Respublikasına 2019-cu ilin dövlət büdcəsindən 300 milyon 360 min manat dotasiya ayrılacaq. Naxçıvanın hər il artımla ayrılan dotasiya ilə yaşadığını mərkəzi mətbuatdan öyrənən yerli sakinlər buna görə ölkə Prezidentinə və hökumətə çox minnətdardılar. Məhz ayrılan dotasiya və ondan səmərəli istifadə hesabına regionda qaz və işıq problemi həll olunub, yollar çəkilib, məktəb, səhiyyə obyektləri, inzibati binalar tikilib, abadlıq işləri görülüb. Amma kasıblıq ucbatından qaz pulunu ödəyə bilməyən, kənd yerlərində yaşayan bir çox insanlar odunla evlərini qızdırır, odun sobalarda yemək hazırlayırlar. Naxçıvanda yaşayan əhalinin kasıb olmasını nəzərə alan hökumət təyyarə biletlərinin ucuz olması üçün AZAL-a əlavə olaraq büdcədən vəsait ödəyir. İnsanlar məşhur misalda deyildiyi kimi, "onlara balıq verməkdənsə balıq tutmağın öyrədilməsinin” daha səmərəli olduğunu söyləyirlər.
Gələn il Naxçıvan büdcəsinin yalnız 21.7%-i, yəni 83.3 milyon manatı yerli gəlirlər hesabına formalaşacaq. 455 mindən artıq insanın qeydiyyatda olduğu region üçün bu rəqəmin nə qədər kiçik olduğunu söyləməyə ehtiyac yoxdur. 341 min insanın yaşadığı Sumqayıtın gəlirləri 90 milyon manatdır. Muxtar Respublikanın 83.3 milyonluq yerli gəlirlərinə Naxçıvan MR Dövlət Gömrük Komitəsi tərəfindən toplanan vəsait də daxildir və bu vəsait də dövlət büdcəsindən daxil olan dotasiya kimi qəbul olunmalıdır. Dünyanın heç bir federativ və ya konfederativ dövlətində subyektlərin gömrük və miqrasiya xidməti yoxdur. Azərbaycan isə hətta unitar dövlətdir. Bu dövlət institutları müstəsna olaraq mərkəzi hakimiyyət tərəfindən formalaşdırılır və gömrük daxilolmaları yerli büdcəyə yox, dövlət büdcəsinə köçürülür. Keçmişdə Naxçıvanın iqtisadi durumunun daha ağır vəziyyətdə olmasını, blokada vəziyyətində yaşamasını nəzərə alaraq büdcə vəsaitləri hesabına əlavə iş yerlərinin açılması üçün Muxtar Respublikada DGK və DMX formalaşdırılmışdır. Amma bunun mənfi nəticələri ondan ibarət olmuşdur ki, bu gün Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən, əşya və yük daşıyan insanlar gömrük yoxlamalarından keçmək və qanunsuz "rüsum” ödəmək zorunda qalmışlar, sanki başqa dövlətdən gələn əcnəbilər kimi. Hətta Avropa İttifaqının vətəndaşları belə bir üzv dövlətdən digərinə gedərkən gömrük yoxlamalarına məruz qalmırlar.
Ölkədə vahid gömrük tariflərinin olduğu halda haradasa gömrük nəzarəti yaxşı təşkil olunmayıbsa, qanunlar düzgün tətbiq olunmursa həmin problemlər həll olunmalıdır, daha vətəndaşlar bunun əziyyətini çəkməməlidir. Başqa bir təhlükəli vəziyyət isə ondan ibarətdir ki, gələcəkdə Dağlıq Qarabağa elan etdiyimiz geniş muxtariyyət statusu verəsi olsaq, onlara da özlərinin Dövlət Gömrük Komitəsini yaratmalarına razılıq vermək zorunda qalacağıq.
Muxtar Respulika DGK tərəfindən yığılan vəsait, o cümlədən Bakıdan verilən dotasiya və Prezidentin ehtiyat fondundan ayırdığı vəsaitlər hesabına maliyyələşdirilən investisiya layihələrindən daxil olan ƏDV, mənfəət vergisi və sosial müdafiə fonduna edilən ödənişlər 83.3 milyonluq yerli gəlirlərdən çıxılsa, Naxçıvan MR iqtisadiyyatının real durumunu göz önünə gətirmək olar. Bu zaman bəlli olacaq ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının ödədiyi vergilər babat bir şirkətin ödədiyi vergilər qədərdir. Əlbəttə, kimsə düşünə bilər ki, yəqin vergidən yayınma halları var, yaxud toplanan vergi büdcəyə ödənilməyib mənimsənilir. Yox, belə deyil. Bu halda insanlar iş üçün Naxçıvanı tərk etməzdilər.
Naxçıvan MR-in duz, mineral sular və mərmər kimi təbii sərvətlərinin istifadəsindən gələn gəlirlər iqtisadiyyatın dirçəldilməsi üçün yetərli deyil. Naxçıvanda istehsal və emal müəssisələri yaradılmalı, sənaye inkişaf etdirilməlidir. Bu məqsədlə Naxçıvanın sosial-iqtisadi inkişafına dair Nazirlər Kabineti tərəfindən Xüsusi Dövlət Proqramının qəbul olunmasına ehtiyac var. Uzun müddətdir Naxçıvanda azad iqtisadi zona yaradılmasına dair aparılan müzakirələr yekunlaşdırılmalı, bütün korporativ maraqlar kənara qoyulmalı və bu barədə hökumət tərəfindən təcili qərar qəbul olunmalıdır. Belə olarsa həm Naxçıvandan, həm ölkənin digər regionlarından olan iş adamları, həm xaricilər ora investisiya qoyar, yeni iş yerləri açılar. Yaşamaq üçün iş yeri uğrunda mübarizə mənəvi dəyərləri deqradasiyaya uğratmaz, əhali kütləvi şəkildə Naxçıvanı tərk etməz.
Azad iqtisadi zonanın yaradılması sərhədyanı ticarətin inkişafına da öz müsbət təsirini göstərəcəkdir. Naxçıvanla sərhəd açılana qədər qardaş Türkiyənin İqdır şəhərində nəqliyyat vasitəsi kimi at arabasından istifadə olunurdu, amma indi Naxçıvanla sərhədyanı ticarətin nəticəsi kimi İqdır Türkiyənin ən inkişaf etmiş şəhərlərindən birinə çevrilmişdir. Eynilə, sanksiyalar altında yaşayan İranın Culfa şəhərində azad iqtisadi zona yaradılandan sonra sərhədin bu tayından müşahidə etdiyimiz hündürmərtəbəli binalardan ibarət yeni bir şəhər salınmışdır.
Naxçıvan MR-də iqtisadiyyatın inkişafı üçün iqtisadi azadlıqlar genişləndirilməli, sahibkarların aşağı faizli kreditlərə çıxışı təmin edilməlidır. Bu məqsədlə nüfuzlu xarici bankların Naxçıvanda filiallarının açılmasına nail olunmalı, Neft Fondunun vəsaitlərinin bir hissəsi Naxçıvandakı banklarda yerləşdirilməlidir.
Yalnız doğulduğum Əbrəqunus kəndindəki vəziyyəti təsvir etməklə nə qədər iş yerlərinin bağlandığını və nə üçün insanların Naxçıvanı tərk etdiyini diqqətinizə çatdıra bilərəm. İlk öncə qeyd edim ki, mərhum Prezident Heydər Əliyev ilk dəfə 1967-ci ildə bizim kənddən, Əbrəqunus seçki dairəsindən Azərbaycan SSR-in Ali Sovetinə deputat seçilmişdir və deputat vəsiqəsi Milli Məclisin muzeyində saxlanılmaqdadır. Əbrəqunus 1948-ci ilə qədər rayon mərkəzi olmuş, sonra isə Culfa ilə birləşdirilmişdir. Sovet hakimiyyətinin son illərinə qədər kənddə iki (internat və kənd orta məktəbi) məktəb, texniki peşə məktəbi, xəstəxana, ictimai iaşə obyektləri (yeməkxana, çayxanalar), klub, kitabxana, aptek, təqaüdçülər üçün ev, rabitə qovşağı, əmanət bankının filialı, poçt, sovxozun inzibati binası, kənd sovetinin inzibati binası, çörək zavodu, tədarük məntəqəsi, ən əsası, iki şərab zavodu mövcud idi. Hazırda məktələr birləşdirilib bir yeni məktəb, bələdiyyə və kənd icra nümayəndəliyi üçün inzibati bina, tibb məntəqəsi tikilib. Bundan başqa kəndimizdən olan xeyirxah insanların ianəsi hesabına mərasim evi və məscid də tikilmişdir. Yuxarıda sadaladığım idarə və müəssisələr bağlanıb, binaları isə kəndin mərkəzində xarabalığa çevrilib. Təəsssüf ki, heç kim uzun illərdir həmin yerləri alıb nəsə qurub-yaratmaq istəmir. Vaxtilə həmin müəssisə və idarələrdə yüzlərlə insan çalışırdı. Şərab zavodlarında işləyənlərlə yanaşa çoxlu sayda insanlar sovxozun üzüm bağlarında çalışırdı, həm də həyətyanı təsərrüfatlardan topladıqları üzümü şərab zavodlarına təhvil verib pul qazanırdılar. İndi zavodlar və üzüm bağları məhv edildiyindən və yeni iş yerləri açılmadığından o insanların çoxu, o cümlədən hərbi xidməti başa vuran gənclər iş tapmaq üçün İstanbula, Bakıya, Rusiyaya köçmüş və bu köç davam etməkdədir. Kənddə qalan ağsaqqallar isə oturmağa yer tapmadığından yayda kəndin mərkəzindən keçən soyuq qaz kəmərinin üstündə oturub, qışda isə ayaq üstündə dayanıb bir-biri ilə hal-əhval tutmaq zorunda qalmışlar. Oxşar vəziyyət yaşayış məntəqələrinin mütləq əksəriyyəti üçün səciyyəvidir. Hazırda İstanbulda, Bakıda naxçıvanlıların ayrıca qəbristanlıqları yaranmışdır. Naxçıvan qadınları İstanbulda yerli sakinlərin işləmədiyi kimyəsal fabriklərdə çalışmaqdadırlar. Uşaqları isə təhsil almaq imkanlarından məhrum olmuşlar. Bu problem deputat həmkarım Fazil Mustafa tərəfindən dəfələrlə Milli Məclisdə qaldırılmışdır. Naxçıvanlıların İstanbuldakı ağır həyatı barədə sosial şəbəkələrdə kifayət qədər ürək ağrıdan videoçarxlar mövcuddur. Bakıya köç etmiş naxçıvanlıların çoxu isə Bakiətrafı kəndlərdəki qeydiyyatsız gecəqondularda yaşayır.
Hökumət tərəfindən Naxçıvanda real vəziyyətin öyrənilməsi üçün mütəxəssislərdən ibarət işçi qrup yaradılsa daha üzücü mənzərə ilə üz-üzə qalarıq…
Hörmətli Baş nazirin də Naxçıvanda doğulub boya-başa çatdığını nəzərə alıb, ümid edirəm ki, O, Naxçıvandan köçün qarşısının alınması, insanların həyat şəraitinin yaxşılaşdırılması, Naxçıvan sakinlərinin öz yurdlarına Böyük Qayıdışını təmin etmək üçün min illər boyu Azərbaycan türklərinin yaşadığı qədim Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul olunması, Naxçıvan MR-in Azad İqtisadi Zona elan olunması məsələləri ilə yanaşı Əbrəqunusun rayon statusunun bərpa olunması məsələsini də Nazirlər Kabinetində müzakirə edərək ölkə Prezidentinə zəruri məlumatları təqdim etməklə müvafiq qərarların qəbul olunması üçün səylərini əsirgəməyəcəkdir.
Sonda xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hər bir vətəndaşımıza xoşbəxtlik və xoş güzəran arzu edirəm. Allah xalqımızı qorusun!
Xəbərin oxunma sayı : 541
Müsahibə
Xəbərlər
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
-
“Traktor” komandasının azarkeşləri yeni şüar təqdim ediblər - VİDEO
-
Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın havası
-
Arıqlamaq üçün istifadə edilən toxumların faydası və zərəri nələrdir? - ARAŞDIRMA
-
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olundu - FOTO
-
Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər-VİDEO
-
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının səbəbi nədir? - AÇIQLAMA
-
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən açıqlama
-
Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Mərkəzi Bank növbəti faiz qərarını açıqlayacaq - Tarix bəlli oldu
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR + VİDEO
-
Bakıda evə neft axır - VİDEO
-
Mənzil alışında yeniliklər - Nələr dəyişəcək?
-
“Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək“ - Vuçiç
-
Qəbiristanlıqlar hasarlanır və zəbt edilir - VİDEO
-
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
-
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə müraciət - VİDEO
-
Pakistanda terror hücumu nəticəsində çinlilər həlak oldular - FOTO
-
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? - VİDEO
-
Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi - VİDEO
-
“Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır” - Azərbaycan XİN
-
Güney Azərbaycanın incisindən yeni görüntülər - VİDEO
TOP 10
ARXİV