Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Deputatdan qardaşı oğlunun ittihamına kəskkin cavab: “O, qələt edib, belə danışıb...“

Tarix 26.12.16, 21:02

Font ölçüsü : - / +
bitmap-img6


Millət vəkili Astan Şahverdiyev qardaşı oğlunun açıqlamasına münasibət bildirib.

A. Şahverdiyev "Qafqazinfo” ya deyib ki, Nemət Şahverdiyevin dedikləri yalandır: "O, qələt edib, belə danışıb. Kimdir ki, o? Nə olsun ki, mənim qardaşım oğludur? Dedikləri yalandır.

Mən "intervyü" verəndə yanımda başqa adamlar da olub. Atası da məni tənbeh etməyib. Amma ola bilsin ki, oğluna nəsə deyib. Ancaq onun dediklərinə fikir vermək lazım deyil. O uşağın psixoloji durumunda problemlər var”.

Xatırladaq ki, qardaşı oğlu bu gün açıqlama verərək, əmisini rüsvay edib.

O, sosial şəbəkədə belə açıqlama verib: "Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir".

O əlavə edib ki, insanların əmisinin sözlərinə görə narazılığını başa düşür: "Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.

Qeyd edək ki, deputat "Azadlıq” radiosuna müsahibəsində belə demişdi: "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.



Xəbərin oxunma sayı : 187




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap