Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Deputatlığa namizəd YAP üzvünün 24 min manat vergi borcu üzə çıxdı - FOTOFAKT

Tarix 29.01.20, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


AzFakt.com saytının əldə etdiyi məlumata görə Azərbaycanda fevral ayının 9-da keçiriləcək parlament seçkisinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Quliyev Hacı Seyran oğlunun qanuni təmsilçisi və direktoru olduğu "Excellent" şirkətinin dövlətə 24753 manat vergi borcu var. 
 
2009-cu ildə təsis edilən "Excellent" şirkəti xidmət sahəsi üzrə, əsasən, camaşırxana, təmizlik, yaşıllaşdırma kimi sahələr üzrə fəaliyyət göstərir.
 
Qeyd edək ki, vikipediya məlumatında tanınmış ictimai-siyasi xadim kimi təqdim olunan 1977-ci il təvəllüdlü Hacı Quliyev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB vitse- prezidenti, İctimai Nəzarət Koalisiyası Himayadarlar Şürasının sədri, Dünya Gənclər Konseyinin Azərbaycan başkanı,”Ümidlə gəl” xeyriyyə layihəsinin təsisçisi ve direktoru, Milli telekanalların sosial məsələlər üzrə eksperti olduğu bildirilir.
 
Bitərəf namizəd olaraq parlament seçkisinə qatılan Hacı Quliyevin Yeni Azərbaycan Partiyasının üzvü olduğu deyilir. 
 
Qeyd edək ki, ötən gün növbədənkənar seçki ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) 200-dən çox üzvü fərdi qaydada deputatlığa namizədliyini irəli sürdüyünə görə partiya sıralarından xaric edilib.

Məsələyə qarşı tərəf münasibət bildirmədi.








Xəbərin oxunma sayı : 841




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap