Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Deputatlıq eşqinə düşən məşhurlarımız - Puç olan arzular

Tarix 02.12.19, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi,  bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, istifadəçilər A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər. Bu kanpaniyaya qoşulanlar arasında məşhur simlara, sənətçilər də var.

Dünya təcrübəsi göstərir ki, incəsənət nümayəndələri nəinki öz peşələri ilə məşğul olur,  hətta ölkənin ictimai-siyasi həyatında da iştirak edə bilirlər. Elə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri arasında da deputat seçilənlər, seçilmək istəyənlər az deyil. Seçilmişlər bəllidir, bəs görəsən deputat seçilmək istəsə də, arzusu ürəyində qalan sənətçilərimiz kimlərdir

"Yeni Sabah” parlament seçkilərində namizədliklərini irəli  sürən və deputat olmaq arzusunu dilə gətirən azərbaycanlı sənətçiləri təqdim edir:

Bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə  parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Xanım ifaçı namizədliyini irəli sürsə də, seçilməyib. O, deputat olmaq istəyini dilə gətirməklə, mərhum müğənni İlhamə Quliyeva ilə qalmaqal da yaşamışdı. 

Xalq artisti Flora Kərimova 2005-ci ildə parlament seçkilərində iştirak edib. 42 saylı Sumqayıt Seçki Dairəsində namizədliyini irəli sürən xanım ifaçı qalib də gəlib. Lakin həmin dairədə nəticələr ləğv olunduğuna görə, o deputat ola bilməyib. Onun sözlərinə görə, hətta yaşanmış problemlər məhkəmə yolu ilə öz həllini tapıb: "Haqqımı Avropa Məhkəməsi bərpa etdi. Bütün bu problemdən sonra artıq qətiyyətlə deyə bilərəm ki, deputat olmaq istəmirəm”. 

Xalq artisti Akif İslamzadə 57 saylı Kürdəmir Seçki Dairəsində deputatlığa namizədliyini irəli sürüb. A.İslamzadə  namizədliyini irəli sürsə də, seçilməyib.

Bəstəkar Cavanşir Quliyev də deputatlığa namizəd olanlar sırasındadır. O, vaxtilə 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyini irəli sürüb, seçilməyib 

Namizədliyini irəli sürənlərlə yanaşı, bu arzuda olanlar da var:

Xalq artisti Bilal Əliyev xalqın seçimi ilə parlamentdə təmsil olunmaq istədiyini bildirmişdi: "Əgər xalqım istəyərsə, tələb edərsə ki, biz Bilal Əliyevin vəkilimiz olmasını istəyirik, onda mən xalqın qarşısına çıxaram. Haradan seçilsəm, o bölgəni cənnətə çevirərəm, dəyişikliyi hamı görər ki, deməli, belə işləmək lazım imiş”. 

Şou-biznesdə "Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova da deputatlıq arzusunda  olanlar sırasındadır. Bu haqda ifaçı özü açıqlamasında bildirib. 

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev də deputat olmaq arzusundadır.  O, 2 gün öncə  parlament seçkilərində iştirak etmək istədiyini dilə gətirib. Tolik eyni zamanda bununla bağlı izləyicilərinə sual da ünvanlayıb: "Sizcə seçkilərdə iştirak edimmi?”



Xəbərin oxunma sayı : 709




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap