Nigar Camal çimərlik geyimində - FOTOLAR “Qucaqlarda oturmamışam“ - Brilliant Dadaşova “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO
Axtar
 
  • / Maqazin / — 07 Avqust 2020

    Nigar Camal çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 06 Avqust 2020

    “Qucaqlarda oturmamışam“ - Brilliant Dadaşova

  • / Maqazin / — 31 İyul 2020

    “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli

  • / Maqazin / — 24 İyul 2020

    Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO

  • / Maqazin / — 23 İyul 2020

    Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar

  • / Maqazin / — 10 İyul 2020

    Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO

Diaspor Komitəsinə ayrılan 3 milyon 500 minlə bağlı çətin suallar... - Professor

Tarix 04.07.20, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadçı professor Qubad İbadoğlu xaricdə yaşayan azərbaycanlılara müraciət edib.

Qaynarinfo xəbər verir ki, iqtisadçı müraciətində ötən il dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə 3 500 000 manat ayrıldığını bildirib. İqtisadçı bu boyda vəsaitin ayrılmasına baxmayaraq,  xaricdə yaşayan azərbaycanlıların hələ də birləşə bilmədiyini dilə gətirib.

Müraciətdə deyilir: 

"Ötən il lobbi quruculuğu üçün yalnız Diasporla İş üzrə Dövlət Komitəsi 3 500 000 manat xərcləyib, amma hələ də xaricdə birləşə bilmirik. ABŞ-ın Nyu-York şəhərində bir neçə Azərbaycan cəmiyyəti fəaliyyət göstərir. Vaşinqton kimi önəmli yerdə təşkilatlanma hələ də yoxdur. Görəsən, bu qədər vəsait nə üçün xərclənib? Odur ki, bu müraciəti xaricdə yaşayan azərbaycanlılara ünvanlayıram.

Əziz soydaşlar, 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanunda göstərilir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği və digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlər həyata keçirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin saxlanılması məqdədilə 3 500 000 manat vəsait xərclənib. Bu vəsaiti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihələrin və Komitənin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyələşdirilməsinə yönəldib. Bununla yanaşı qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımının da bir hissəsi olmayan diasporta fəaliyyətinin gücləndirilməsinə yönəldilir. Sizlərin bu fəaliyyətlərdən xəbəri varmı? Bu vəsait necə bölüşdürülür və kimlər bundan faydalanır?
 
Xahiş edirəm, məlumatlı şəxslər şərh bölməsində fikirlərini yazsın.

Mən ABŞ-da hər dəfə ölkəmizin yerləşdiyi coğrafiyanı anlatmaq üçün yerli şəxslərə izahatlar verəndə bir çox hallarda qonşularımızı tanıdıqlarının şahidi olmuşam və məyus olmuşam. Burda olduğum müddətdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin heç bir layihəsinə cəlb olunmamışam, Azərbaycan Diasporuna Dəstək Fondundan yardım istəməmişəm, düşünmüşəm ki, ehtiyac olanlar alsın. Sizə Fonddan dəstək verilibmi? Komitədən layihələr almısınızmı?

Bilən varsa yazsın görək, hazırda xaricdə qalıb vətənə qayıda bilməyən tələbələrə Azərbaycan Diasporuna Dəstək Fondundan vəsait ayrılırmı?
Suallar çox olsa ünvanı birdir. Odur ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 3 milyon 500 min vəsaitin necə bölüşdürülməsinə dair açıqlama versə, bilərdik ki, bu vəsaitlər hara, necə və kim tərəfindən xərclənib".



Xəbərin oxunma sayı : 1885

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda