Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Diaspor Komitəsinin “Nəsimi ili“ndə “son görüntü“ yalanı - Fuad Muradovun Suriyaya son səfəri nə vaxt olub?

Tarix 22.01.19, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Kiberməkanda bəh-bəhlə paylaşılan “Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nəsiminin məzarından ən son görüntülər”ə diqqət yetirənlərdən biri kimi dodağım qaçmaya bilməzdi. Çünki həmin fotolardan birini “Facebook” hesabımda hamıdan əvvəl mən yerləşdirmişdim.

Mənim, əlbəttə, kiminləsə birincilik davam yoxdur. Amma bu fotoların “son görüntü” olması xüsusunda mübahisə etməyə hazıram.

Fuad Muradovun rəhbərlik etdiyi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə əldə edilən fotoların heç biri əslində son görüntü deyil. Onlar… 2011-ci ilə aiddir! Yəni Suriyanı viran qoyan təxminən 7 illik vətəndaş müharibəsindən əvvəl çəkilmiş fotolardır

(http://esyria.sy/sites/code/index.php?site=aleppo&p=stories&category=places&filename=201108231540093&fbclid=IwAR33vMc02vnCgtdhj7dEDf7t52jPrQ4E4cRku0LoILIqpn5k_OMrVfIm81A)

Hər halda, inandırıcı deyil ki, səkkiz ilə yaxındır müharibə gedən bir ölkənin davamlı bombardmana məruz qalan şəhərindəki bir türbə heç bir zərər görməmiş qalsın.

Ümumiyyətlə, Suriyada, Hələbdə olmuş və Nəsiminin məzarını son görmüş telejurnalist İdris Heydərlidir. Əyani sübut – onun “Space” efirində getmiş Suriya reportajlarıdır.

Bəs Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Suriyaya son dəfə nə vaxt səfər ediblər?









Uzun sözün qısası, Nəsiminin məzarı başında duraraq şəkil çəkdirən iki şəxs varsa, biri İdris Heydərli, ikincisi professor Hüseyn Məhəmmədzadə Sadiqdir.

Hər iki fotonu internet resurslarında asanlıqla tapmaq mümkündür.

Birincisi – 1990-cı illərin sonunda çəkilib.

İkinci – sahibinin bloqundadır, tarix bəlli deyil.

“Düzgün” təxəllüsü ilə tanınan təbrizli ədəbiyyatşünas, mütərcim Hüseyn Məhəmmədzadə Sadiq haqqında ayrıca danışmağa dəyər. O, İstanbul Universitetinin məzunu, fars, ərəb və türk dilləri üzrə fəlsəfə dərəcəsi almış şəxsdir. Hazırda İranın müxtəlif universitetlərində Azərbaycan türkcəsini tədris edir.

73 yaşlı alim Mahmud Kaşğarinin “Divani-Lüğətit-Türk”ündən Şeyx Səfi Ərdəbili və s. neçə-neçə klassik əsər müəllifinə dair dəyərli tədqiqatların müəllifidir. Sadiq həmçinin Ayətullah Xomeyninin şeirlərinin, Qorbaçova yazdığı məktubun və İslam inqilabı liderinin vəsiyyətnaməsinin “Sön söz” adı ilə türkcəyə tərcüməçisi kimi tanınır.




İmadəddin Nəsimiyə gəlincə, professor Hüseyn Məhəmmədzadə Sadiq onun külliyyatının tərtibçisidir. Yeri gəlmişkən, alim klassik şairimizlə bağlı mərhum Azərbaycan ədəbiyyatşünası Mirzağa Quluzadədən fərqli rəyə sahibdir. Bir sıra tarixi sənədlərə əsaslanaraq o, Nəsimini Təbriz doğumlu hesab edir.

Sadiqin fikrincə, İmadəddin Nəsiminin Hələb şəhərinin Fərfərah məhəlləsində yerləşən məzarı barədə orta əsrlərin salnamə və səyahətnamələrində son qeydlərdən biri Övliya Çələbiyə aiddir.

1973-cü ildə UNESCO-nun təşəbbüsündən, yəni təxminən 50 il sonra 2019-un “Seyyid Əli Hüseyni İmadəddin Nəsimi İli” elan edilməsi özlüyündə mühüm hadisədir. Amma bu 365 gün Nəsimi irsinin tədqiqində faydalı iş əmsalı ilə yadda qalmalıdır.

Şübhəsiz, müharibə alovuna bürünmüş ölkədə – Suriyada, terrorçularla ağır döyüşlərin getdiyi şəhərdə – Hələbdə, həm də onun tarixi issəsinə dahi şairimizin məzarının hazırkı durumunu bilmək və lazım gəldiyi təqdirdə, təmir-bərpa işlərinin aparılması arzuolunandır.

Əziz Rzazadə,

Strateq.az



Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap