Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Diplomatların maaşı artacaq, uşaq müavinəti isə… – Nazir deputatların təklifini cavablandırdı

Tarix 07.11.18, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Növbəti ildə Azərbaycanın xaricdə olan diplomatik nümayəndlərinin maaşlarının artırılması nəzərdə tutulub. 

Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib. Nazir bildirib ki, artıq Xarici İşlər Nazirliyi ilə birgə məsələ ilə əlaqədar işçi qrupu yaradılıb.

“Həmin işçi qrupu işlərin qiymətləndirilməsi ilə məşğul olacaq. Bunun əsasənda da daha müvafiq təkliflər ali dövlət orqanlarına təqdim olunacaq”

Nazir deyib ki, uşaqların doğulması ilə bağlı müavinətlərin artırılması ilə bağlı məsələni də təhlil etmək lazımdır.

“Mənim fikrim odur ki, Azərbaycanı Belarus, eləcə də digər xarici ölkələrlə müqayisə etməməliyik. Çünki orada demoqrafik vəziyyətlə bizdəki vəziyyət tamamilə fərqlidir”.

S.Şərifov bildirib ki, hər dövlətin öz xüsusiyyətləri var.

“Lakin bu xüsusiyyətləri nəzərə alaraq, uşaqlara müavinətlə bağlı münasibət formalaşdırmalıyıq. Prinsp etibarı ilə buna baxa bilərik”.

Gənclər Fonduna əlavə vəsaitin artırılmasına gəlincə nazir qeyd edib ki, Fonda verilən əlavə saləhiyyətlərin icrasına görə, büdcəyə əlavələr edilib.

“Belə ki, Gənclər Fonduna ayrılan vəsait 3 dəfə artıb. O ki qaldı idmançıların ezamiyyətli ilə bağlı maliyyə vəsaitinə bununla bağlı məsələni müzakirə edib qiymətləndirməmizi təqdim edəcəyik”.



Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap