Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Diqqətli olun! “Sevimli Dad“ın məhsulu insanları belə zəhərləyir - FOTO

Tarix 23.01.18, 3:46

Font ölçüsü : - / +
bitmap-img6

 
"Sevimli Dad" ət və süd məhsulları şirkətinin tərkibində fəaliyyət göstərən "MPro" (Milk Pro) MMC süd və süd məhsulları bazarına istehsal tarixi keçmiş məhsullar çıxarır. Belə bir hadisəylə GoldNews.Az-ın əməkdaşı qarşılaşıb.

Belə ki, şirkət əməkdaşlarının Əhməd Rəcəbli 37 ünvanındakı Star marketə payladıqları 05.kq çəkili qatığını alan əməkdaşımız şəxsi istifadəsi üçün ağartı məhsulunun qapağını açdığında məhsuldan qəribə qoxu gəldiyini hiss edib və son istehsal tarixi ilə tanış olub. Məlum olub ki, şirkətin istehsal etdiyi və "Sevimli Dad" adı ilə bazara çıxardığı qatığın son istifadə tarixi 26.12.2017 olaraq qeyd edilib. Buna baxmayaraq, şirkət, yaxud market əməkdaşlarının laqeydliyi və ya bilərəkdən atdıqları addım nəticəsində məhsul marketin vitrinində qalıb və alıcılara təqdim edilib. 

Məsələ ilə bağlı marketdən bildirdilər ki, "Milk Pro" MMC-nin əməkdaşları tarixi keçmiş məhsulları adətən geri götürürlər. Amma bu məhsulun necə olub vitrində qaldığı araşdırılacaq.

"Milk Pro" MMC-nin mövqeyini öyrənmək isə ümumiyyətlə mümkün olmadı. Çünki mpro.az saytında əlaqə üçün yerləşdirilən nömrənin mövcud olmadığı ortaya çıxdı. 

Hər halda, "Sevimli Dad" şirkətinin bazara çıxardığı bu cür vaxtı keçmiş məhsulu bilməyərək istifadə edən alıcıların hansı problemlərlə qarşılaşacağını, səhhətlərinə nə qədər zərər vurulacağını düşünmək heç də çətin deyil.

Əməkdaşımızın marketdən aldığı məhsulun üzərindəki vaxtı keçmiş son istifadə tarixinin fotolarını təqdim edirik:

Diqqətli olun!
Diqqətli olun!






Xəbərin oxunma sayı : 691




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap