“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Distant dərslər izlənilir - Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən

Tarix 12.01.21, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Virtual məktəbdə bir gün” layihəsi çərçivəsində distant dərslərin izlənilməsinə başlanılıb. İlk gün Bakı şəhərindəki 19, 49, 53, 67, 114, 182, 212, 220, 236, 245, 288 və 322 nömrəli tam orta məktəblər üzrə distant dərslər BŞTİ rəhbərliyi və idarənin əməkdaşları tərəfindən müşahidə olunub.

Bu barədə xezerxeber.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi mövcud epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitə olan distant təhsil üzrə monitorinqlər aparmaq, pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri daha da ruhlandırmaqdan ibarətdir.

Sonra "Virtual məktəb” platformasında tədris və təlim-tərbiyə prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlbolunma səviyyəsinin təhlili istiqamətində müəllim və məktəb rəhbərlərinin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.

Distant tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə layihə çərçivəsində dərs müşahidələrinin davamlı təşkili qərara alınıb.

Açıklama yok.
Açıklama yok.






Xəbərin oxunma sayı : 541




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap