Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Dizelin qiymətinin artması kənd təsərrüfatını “yandıra” bilər

Tarix 17.11.17, 19:09

Font ölçüsü : - / +
bitmap-img6


Ekspert: “Müəyyən qüvvələr avtomobil bazarında tələbin strukturunun dəyişməsindən narahatdır”

Azərbaycanda dizel yanacağının istehsalında ciddi azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda dizel yanacağının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azalıb. Belə ki, qeyd olunan dövrdə ölkədə 1 milyon 536,2 min ton dizel yanacağı istehsal olunub.

Maraqlıdır ki, bir müddət əvvəl mütəxəssislər dizel yanacağının qiymətinin artırılacağını proqnozlaşdırıblar. Bu barədə mətbuata açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dizelin qiymətinin axırıncı dıfı 2013-cü ildə artırılaraq 45 qəpikdən 60 qəpiyə çatdırıldığını vurğulayıb. Ekspert bildirib ki, Azərbaycan hökumətinin ayrı-ayrı məhsullar üzrə artım qərarlarına nəzər yetirdikdə bir məhsulla bağlı hər 4-5 ildən bir artıma gedildiyi görünür. Buna görə də İ.Şaban bu ilin sonları üçün dizelin qiymətində artımın olacağını istisna etməyib

Düzdür, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mətbuata dizel yanacağının qiymətinin artırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciətin daxil olmadığını bildirib. Lakin təcrübə göstərir ki, bu tip açıqlamalardan bir neçə gün sonra hansısa məhsulun qiyməti artırıla bilir.

Bir məsələni də qeyd edək ki, Azərbaycanda dizel əsasən tikinti, aqrar sektordakı maşın və texnikalarda istifadə olunur. Xüsusilə kənd təsərrüfatında istifadə olunan maşın və texnikalar demək olar ki, bütünlüklə dizel yanacağından istifadə edir. Bundan əlavə, ölkədaxili yükdaşımalarda istifadə olunan maşınlar əsasən dizellə işləyir. Bu şəraitdə dizelin bahalaşması hansı nəticələrə səbəb ola bilər?

Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, dizelin bahalaşacağına dair məlumatlar Aİ-92 markalı benzinin qiyməti artırılan zamandan gündəmə gətirilib: “Bu gün konkret rəsmi qərar olmasa da, müzakirələr büdcə məsələlərindən qaynaqlanır. Digər tərəfdən, Azərbaycanda ilk dəfədir ki, bu iki yanacaq növü arasında belə kəskin qiymət fərqi yaranıb. Bu kimi amillər dizelin qiymətinin də tezliklə bahalaşacağı ehtimalını artırır. Belə bir qərar olarsa, düşünürəm ki, əlavə dəyər zəncirinin bütün həlqələrində qiymət artımı və inflyasiya dalğası yaradacağını bəribaşdan söyləmək olar. Yanacaq mal və məhsulların mçaya dəyərinə oturur, bu baxımdan, onun qiymətindəki artım avtomatik olaraq inflyasiyanı sürətləndirir”.

Ölkədə rəsmi inflyasiya səviyyəsinin 14 faiz göstərildiyini deyən R.Həsənovun sözlərinə görə, reallıqda inflyasiya 20 faizdən də yuxarıdır: “Dizelin qiyməti artırılarsa, bu, ilk növbədə kənd təsərrüfatı məhsullarının qiymətində artıma səbəb olacaq. Düzdür, dövlət kəndlinin yanacağa sərf etdiyi vəsaitin bir hissəsini ödəyir. Lakin kənd təsərrüfatı istehsalçıları yanacağa əvəzi ödəniləndən xeyli çox vəsait sərf edirlər. Bu isə onların xərclərinin artacağından xəbər verir.”

Image result for Rəşad Həsənov

Azərbaycanda 2007-ci ildən bəri kənd təsərrüfatı istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına 50 manat yardım verilir.

Kənd Təsərrüfatı Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu yardımın müəyyənləşdirilməsi üzrə Respublika Komissiyasının qərarı ilə bu il 34 rayon (şəhər) üzrə 256138 istehsalçıya 737814,13 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 49 milyon 468 min 622,50 manat məbləğində yardım ayrılıb. Dizel bahalaşarsa, dövlətin verdiyi yardımın da artırılması məsələsi gündəmə gələ bilər. R.Həsənovun fikrincə, yanacağa görə verilən subsidiyanın həcmi artırılsa belə, dövlət bu prosesdən qazanclı çıxacaq: “Subsidiya artımına sərf olunan vəsait dövlətin qiymət artımından əlavə dəyər vergisi formasında əldə etdiyi qazancdan qat-qat aşağı olacaq. Yəni dövlətin bu prosesdən itkisi elə də böyük olmayacaq. Əsas itki real sektorun olacaq: əhalinin gəlirlərinin artmadığı bir zamanda maya dəyəri və qiymətlərin artımı baş verəcək. Bildiyiniz kimi, gələn ilin büdcəsində əhalinin əmək haqqının artırılması üçün - yəni əməyin ödənişi xərclərinin cəmi 2,5 faiz çoxalması nəzərdə tutulur. Halbuki təkcə 2017-ci ildə rəsmi olaraq 14 faiz inflyasiya gedir - əhalinin gəlirləri getdikcə daha çox dəyərsizləşir. Belə bir vaxtda qiymətləri dövlət  tərəfindən tənzimlənən və əlavə dəyər zəncirində qiymətlərə təsir gücünə malik məhsulların tariflərinə ehtiyatlı yanaşma olmalıdır”.

Qeyd edək ki, hökumət dizellə işləyən avtomobillərin idxalını ciddi şəkildə məhdudlaşdırmaq niyyətindədir. Bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan layihə artıq Milli Məclisə daxil olub. Layihəyə görə, istifadə müddəti bir ildən artıq olan dizellə işləyən maşınların Azərbaycana gətirilməsinə qadağa qoyulması nəzərdə tutulub. Təzə maşınları gətirərkən isə onlara tətbiq edilən aksiz vergisi 2 dəfə artırılacaq. R.Həsənov hesab edir ki, bu dəyişiklik ölkəyə benzinlə işləyən avtomobil idxal edən müəyyən qrupların təsirinin nəticəsidir: “Son bir neçə ayda avtomobil bazarında dizellə işləyən avtomobillərə tələb sürətlə artırdı. Ümumiyyətlə, bütün dünyada dizellə işləyən avtomobillərə tələbat daha yüksəkdir. Azərbaycan bir enerji resursuna malik ölkə olduğu üçün son zamanlaradək benzinlə işləyən maşınlara tələbat daha yüksək olub. Yalnız son aylarda benzinin qiymətindəki artımdan sonra tələbatın strukturu dəyişmişdi. Dizelin qiyməti artarsa, yenidən avtomobil bazarında istehlakın strukturu dəyişəcək. Bundan əlavə, düşünürəm ki, avtomobil bazarında tələbin strukturundakı dəyişiklik kimlərəsə sərf etmir. Buna görə də böyük ehtimalla, Vergi Məcəlləsinə hazırlanan dəyişikliklər bu dəyişikliyin qarşısını almağa yönəlib”.(musavat.com)





Xəbərin oxunma sayı : 166




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap