Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

Tarix 19.05.17, 21:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ABŞ dollarının rəsmi və nağd məzənnəsi 1,70 AZN/USD səviyyəsində sabitləşəcək. 

“Report”un analitik qrupu bildirir ki, son bir ayda nağd valyuta bazarındakı məzənnə rəsmi məzənnədən aşağı olsa da, hazırda bu fərq aradan qalxıb. Nağd valyutanın alqı-satqısında aparıcı olan “Amrahbank” və “Günaybank” ASC-lərdə dollar 1,6970 manata alınır, 1,7070 manata satılır. Qeyd edək ki, məzənnənin bu alış səviyyəsi rəsmi məzənnədən təxminən 0,005 manat aşağı, satış isə 0,005 manat yuxarıdır. Yəni, nağd valyuta bazarında məzənnə optimal səviyyəyə çatıb.
Analitik qrup bildirir ki, neftin orta qiymətinin 50 dollar/barel səviyyəsində qalması dolların məzənnəsinin sabitliyini təmin edəcək. Hazırda dolların məzənnəsi üçün ən böyük təhlükə mayın 23-də Londonda Azərbaycan Beynəlxalq Bankının (ABB) borc öhdəliklərinin restrukturizasiyası ilə bağlı planının kreditorlarla razılaşdırılmasıdır. Azərbaycan tərəfinin görüşdən müsbət nəticə əldə edərək borcların dövlət istiqrazları ilə dəyişdirilərək daha geniş müddətə uzatması gözlənilir. Bu halda daxili bazarda dolların məzənnəsi üçün təhlükə aradan qalxacaq.

Dolların məzənnəsinin sabitləşməsi tədricən manat kreditləşməsinin artmasına və depozitlərin dedollarizasiyasına gətirib çıxaracaq.
Lakin bu proses bir qədər uzun müddət tələb edə bilər. Dolların məzənnəsinin daxili bazarda sabitliyinin, həmçinin əlavə manat kütləsinin sterilizasiyası hesabına başa gəldiyini qeyd etmək lazımdır. Bu isə öz növbəsində iqtisadi artıma ciddi ziyan vurur. Hazırda Mərkəzi Bankın qarşısında duran vəzifə manat kütləsinin həcmini optimallaşdıraraq iqtisadi artımı bərpa etməkdir.



Xəbərin oxunma sayı : 130




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap