Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dollar sürətlə ucuzlaşmağa başlayıb

Tarix 14.06.17, 21:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-da bu gün, iyunun 14-də açıqlanan inflyasiya göstəriciləri dolların kəskin ucuzlaşmasına səbəb olub.

“Report” xəbər verir ki, istehlıak qiymətlərinin baza indeksi may ayında aylıq müqayisədə 0,1% artıb.

Analitiklərin gözləntiləri bu göstəricinin 0,2% artacağını göstərib. İllik müqayisədə isə bu göstərici 1,9% proqnoz verildiyi halda 1,7% artıb. Yəni, artıq 3-cü aydır ABŞ-da inflyasiya 2%-i ötə bilmir. Bununla yanaşı, pərakəndə satışın baza indeksi mayda aylıq müqayisədə 0,3% azalıb. Halbuki satışın 0,2% artacağı proqnozlaşdırılırdı.

Nəticədə, qlobal valyuta bazarında dolların məzənnəsi kəskin azalmağa başlayıb. Belə ki, hazırda əsas valyuta cütlüyündə (avro-dollar) vahid Avropa valyutasının məzənnəsi 0,5% artaraq 1,1265 USD/EUR səviyyəsinə çatıb. FED-in hətta bu gün uçot dərəcəsini artırarsa, dollarda ucuzlaşmanın davam edəcəyi ehtimalı artır. Qısa müddət ərzində əsas valyuta cütlüyü 1,1330 USD/EUR, orta müddətdə isə 1,15 USD/EUR-a qədər bahalaşa bilər. Lakin, uzunmüddətli perspektivdə dolların möhkələnəcəyi şübhəsizdir. Bunun üçün ABŞ-da uçot dərəcəsinin 2% həddini ötməsi lazımdır.



Xəbərin oxunma sayı : 193




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap