Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Donald Tramp: “ABŞ nüvə cəbbəxanasını genişləndirəcək”

Tarix 24.02.17, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp deyib ki, o ölkənin nüvə cəbbəxanasını genişləndirmək və gücləndirmək niyyətindədir. Reuters agentliyinə müsahibəsində Tramp habelə bildirib ki, “Çin istəsə, Şimali Koreyanın yaratdığı sabitlik təhlükəsi məsələsini çox asanlıqla həll edə bilər”.

“Reuters” agentliyi yazır ki, Tramp bu bəyanatı ilə Pekin üzərinə siyasi təzyiqi artırmaq istəyib. Birləşmiş Ştatların nüvə silahı barədə Ağ Evə gəlişindən bəri ilk dəfədir ki, söz açan Tramp ABŞ-ın nüvə silahı qüdrətinə görə “geridə qalmağa başladığını” deyib.

“Mən ilk adamam ki, heç kəsin nüvə silahına malik olmasını görmək istəmirəm, amma biz bu nüvə qüdrəti məsələsində heç bir ölkədən, hətta bizə dost ölkədən də geridə qalmamalıyıq” –Tramp deyib.

"Bu əlbəttə, gözəl bir arzudur ki, dünyada heç bir ölkənin nüvə silahı olmasın, amma başqa ölkələrin nüvə silahı olacaqsa, biz bu dəstənin önündə gedəcəyik” – prezident bildirib.

ABŞ və Rusiya arasında strateji silahların məhdudlaşdırılması barədə yeni START kimi tanınanmüqavilə 2018-ci ilin fevralınadək Rusiya və ABŞ-dan, qarşıdan gələn on ildə öz nüvə arsenallarının bərabərləşdirilməsini tələb edir. Bu müqavilə hər iki ölkəyə döyüş hazırlığı vəziyyətində olan və olmayan, habelə sualtı gəmilərdən,ağır bombardmançılardan və ya yerdən atıla bilən 800 qitələrararası raketlərə mallik olmaq icazəsi verir.

Təhlilçilər Trampın bu müqaviləni ləğv etmək və ya başqa döyüş başlıqlarını artırıb-artırmamaq planının olması barədə fikir yürüdürlər. Reuters-ə müsahibəsində Tramp yeni START müqaviləsini birtərəfli adlandırıb. O deyib ki, İranla sazişdə olduğu kimi, START müqaviləsi məsələsində də ABŞ yaxşı razılaşmalar əldə etməyib.“Biz daha yaxşı müqavilələr imzalayacağıq” – ABŞ prezidenti bildirib.

ABŞ özünün köhnəlməkdə olan sualtı qayıq, hava bombardmançıları və yerdən atılanraket cəbbəxanasının modernizasiyasına qarşıdan gələn 30 il üçün 1 trilyon dollar ayırıb.Tramp həmçinin gileylənib ki, Rusiya yer səthində qitələrarası raketlərini yerləşdirməklə 1987-ci il müqaviləsini pozub. Bu saziş Rusiya və ABŞ-a yer səthində ortamənzilli raketlərin yerləşdirilməsini qadağan edir.

Bu məsələni prezident Putinlə söhbətində qaldırıb-qaldırmayacağı barədə suala Tramp deyib ki, əgər görüşsələr, o bu məsələni qaldıracaq. Bununla belə Tramp bəyan edib ki, hələlik Rusiya ilə heç bir görüş barədə razılıq əldə edilməyib. Ağ Evdəki kabinetində müsahibə verən Traump deyib ki, Şimali Koreyanın nüvə raketləri sınaqlarından çox “qəzəblidir” və buna cavab olaraq Yaponiya və Cənubi Koreyanın müdafiə sistemlərinin gücləndirilməsi məsələsinə bir variant kimi baxılır. (“Azadlıq” radiosu)



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap