Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Donald Tramp: “Bilsəydim, Seşnsı baş prokuror təyin etməzdim”

Tarix 20.07.17, 21:53

Font ölçüsü : - / +
bitmap-img6


“Əgər bilsəydim ki, Seşns, 2016-cı il seçkiləri ilə bağlı Rusiya araşdırmasından özünü geri çəkəcək, mən onu baş prokuror təyin etməzdim” – Tramp bu sözləri “The New York Times” qəzetinə 50 dəqiqəlik müsahibəsində qeyd edib.

Tramp Seşnsın ona qarşı doğru hərəkət etmədiyini deyib. “Necə ola bilər ki, işə təyin edirsən və sonra araşdırmadan imtina edir. Əgər o, desəydi ki, mən bu işlə məşğul olmayacam, heç vaxt onu təyin etməzdim” – Tramp bəyan edib.

Trampın Seşnsla arası son aylar soyuqdur. O, Seşnsın seçki kampaniyası zamanı Rusiya səfiri ilə görüşməsini Senatın araşdırma komitəsinə ifadəsində gizlətdiyini tənqid edib. Sonradan məlum olub ki, Seşns iki dəfə səfir Kişlyakla görüşübmüş.

Donald Tramp bu barədə danışarkən Seşnsın pis cavablar verdiyini qeyd edib. Ədliyyə Departamenti CNN-nə prezidentin Seşns haqqında dedikləri barədə bir şərh verməyib. Lakin yaxın mənbələr bildirir ki, Seşnsın istefa vermək fikri yoxdur.

ABŞ prezidenti Ədliyyə Departamentinin Rusiya araşdırması ilə bağlı onu da qeyd edib ki, istintaq maraqlar toqquşması ucbatından qərəzsiz aparılmır. Baş prokuror müavini Rod Rosensteyn keçmiş FTB direktoru Robert Mulleri istintaqı aparması üçün xüsusi konsul təyin etdi.

Tramp Mullerin onun ailəsinin maddi vəziyyətini araşdırma qərarının səhv olduğunu müdafiə edib. “Bu bir şiddətdir. Baxın, istintaq Rusiya haqqındadır” - Tramp qeyd edib.

CNN-nə bu barədə danışan mənbə bildirib ki, Mullerin komandası Donald Trampın oğlu cunior (kiçik) Donald, Ceyerd Kuşner və kampanyanın keçmiş başqanı Pol Manafortun Rusiya hüquqşünası ilə “Tramp Tower”da 2016-cı ilin iyunda görüşməsini araşdıracaq. Eyni zamanda FTB də kiçik Donaldın biznes anlaşmaları və görüşmələrini araşdıracaq.

Bundan əlavə Tramp G-20 sammitində Putinlə ikinci dəfə görüşməsindən də bəhs edib.

“Bu, uzun görüşmə olmadı, maksimum 15 dəqiqəlik görüşmə idi, lakin maraqlı idi” – Tramp deyib.

CNN isə Trampın Putinlə görüşməsinin 15 dəqiqə deyil, bir saata yaxın yazır. “Washington Post” bir ay bundan əvvəl yazmışdı ki, Muller Trampın istintaqa müdaxilə edib-etmədiyini araşdırır.

Tramp onun haqqında araşdırma getdiyini düşünmür. Tramp Komiyə Maykl Flinin Rusiya səfiri ilə görüşdüyü üçün araşdırma aparmağı dayandırmasını istədiyindən də bəhs edib. “Mən heç xatırlamıram ki, onunla nə danışmışam. Kominin ifadəsi başdan-ayağa yalandır” – Tramp qeyd edib. Tramp FTB direkrotu Ceyms Kominin işdən çıxarması ilə Amerika xalqına böyük yaxşılıq etdiyini deyib.



Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap