Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Donald Trampın 2 ili - ABŞ prezidenti vədlərinin bir çoxunu yerinə yetirməyib

Tarix 21.01.19, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Trampın 2016-cı ildə gözlənilməz şəkildə seçkilərdə qalib gəlib Ağ Evə yerləşməsindən iki il ötür.

Onun zəfər qazanmasında seçkiqabağı kampaniya boyunca bir çox populist vədlərinin rolu böyük olmuşdu.

BBC bütün bu dövr ərzində Donald Trampın hansı vədlərini yerinə yetirdiyi, hansılarının isə yarımçıq qaldığı və ya ümumiyyətlə, icra olunmadığı barədə xüsusi yazı hazırlayıb.

Müsəlmanlara ABŞ-a giriş qadağası - Qismən

Trampın seçki öncəsi ən hay-küylü vədlərindən biri müsəlmanların ABŞ-a girişinin qadağan edəcəyi olub. ABŞ prezidenti sonradan “tamamilə yasaq” ibarəsini “sıx nəzarətdən keçirməklə” sözü ilə əvəz etsə də, prezident seçildikdən sonra bununla bağlı qanunvericilik təşəbbüsü irəli sürüb. Yalnız 3-cü cəhddən sonra keçən qanun bir sıra müsəlman ölkələrindən gələn şəxslərin ABŞ-a gəlişi yasaqlanıb.

ABŞ Ali Məhkəməsi xüsusilə 5 ölkəyə (İran, Liviya, Somali, Suriya və Yəmən) tətbiq olunan qadağa tədbirlərinin bununla bağlı etirazlar nəticələnəcəyinə qədər qüvvədə qalacağını bildirib.  

Meksika ilə sərhəd boyunca divar tikilməsi - Qismən

Bu vəd seçkiqabağı kapaniyanın ən mübahisəli məsələlərindən biri olub. Daxili təhlükəsizlik nazirliyinin bununla bağlı hazırladığı raportda divarın 21 milyard dollardan artıq qiymətə başa gələcəyini xəbər etməsi, təşəbbüsə şiddətlə etiraz edən demokratlardan başqa bir çox respublikaçıları da tərəddüdə salıb. 2018-ci ilin sonunda Tramp divar tikintisi üçün Konqresdən 5 milyard dollar pul ayrılmasını tələb etsə də, aşağı palatanı əlində tutan Demokrat partiyası buna imkan verməyib. Nəticədə ABŞ-da indinin özündə də davam edən “şatdaun”, yəni hökumətin işinin dayandırılması böhranı yaranıb.

Bütün qeyri-leqal miqrantların ölkədən çıxarılması - yerinə yetirilməyib

Hətta 2018-ci ildə ölkədən deportasiya edilənlərin sayı (256 min) Barak Obama dövründəki icra olunan rəqəmlərin də (410 min) xeyli gerisindədir.

Trampın gücü isə uşaq miqrantlara çatıb. Ağ Ev administrasiyası 700 min gənc miqranta ölkədə qalmaq haqqı verən “Uşaq miqrantlar” haqqında qanunu ləğv edib.

Paris İqlim sazişindən çıxmaq - yerinə yetirilib

Seçki öncəsində Tramp iqlim dəyişikliyinin Çin tərəfindən uydurulan tələ olduğunu söyləyərək, bu konvensiyanın qaydalarının ABŞ-ın iqtisadi böyüməsinə əngəl törətdiyini təkrarlayırdı.

Hakimiyyətə gələr-gəlməz Trampın gördüyü ilk işlərdən biri də Paris konvensiyasından çıxmaq olub.

 İŞİD-in bombalanması-icra olunub

Tramp 2015-ci idlə Ayova ştatındakı bir nitqində İŞİD-i bombalayıb siləcəyini sölyəyib.

Həqiqətən 2017-ci lin aprel ayında ABŞ “bütün bombaların” anası adını verdiyi və radiasiya yaymayan bir bombanı Əfqanıstanda İŞİD-in hakim olduğu bölgəyə atdı.

Doğrudur, İŞİD bir çox yerlərdən geri çəkilsə də, bölgədə öz nüfuzunu saxlamaqda davam edir.

Yaxın Şərqdə ABŞ əsgərlərini geri çəkmək - qismən

Seçki öncəsi Yaxın Şərqi “bataqlıq” adlandıran Tramp buraya axıdılan trilyonlarla pulu ABŞ daxilində xərcləcəyini söyləyirdi. Lakn 2017-ci ilin sentyabr ayında Ağ Ev Əfqanıstandakı kontingentini daha 3 min əsgərlə gücləndirdi. D. Tramp yalnız 2018-ci ilin dekabrında Suriyadakı 2 minlik hərbi qüvvənin geri çəkiləcəyini bildirib. Bundan sonra ABŞ mediası Əfqanıstandakı 14 minlik bilriyin sayının 7 minə endiriləcəyini yazdı. Trampın qərarı hərbi və diplomatik dairələrdə bir sıra istefalara səbəb olub.

Vergilərin aşağı salınması - yerinə yetirilib

Donald Tramp hakimiyyətə gəldikdən sonra hüquqi şəxlsərin üzərinə qoyulan veriləri 35%-dən 21%-ə qədər azaldıb. Lakin bu siyasət kasıblardan çox varlı firmaların işinə yarayıb, büdcə kəsiri isə dərinləşib.

İnfrastruktur işlərinin bərpası -heç nə edilməyib

Donlad Tramp seçkidən qabaq ölkədə milyonlarla insana iş yeri açacaq dəmir yolları, hava limanlarının tikintisi kimi infrastruktur layihələrinə start verəcəyini söyləmişdi. Lakin bu yöndə heç bir addım atılmayıb. 2018-ci iln mart ayında Konqres Trampın arzuladığı 1,5 trilyon dollarlıq infrastruktur büdcəsinin əvəzinə sadəcə 21 milyard dollar pul ayrıb.

Ali Məhkəməyə qatı mühafizəkar üzv təyin olunması - yerinə yetirib

İqtidara gəldikdən sonra Donald Tramp istədiyi iki namizədi, Nil Korç və Bret Kavanonu Ali Məhkəmənin ömürlük seçilən hakimləri sırasına daxil etməyi bacarıb. Hətta Kavano haqqında səslənən bir sıra xoşagəlməz iddialar belə prezidenti qərarından döndərməyib. Donald Tramp digər federal məhkəmələrə də onlarla mühafizəkar hakim təyin edib.

Ticarət sazişlərinin aradan qaldırılması - qismən

Seçkilərdən qabaq Donald Tramp NAFTA-nı (Şimali Amerika Azad Ticarət Müqaviləsi) faciə adlandırır, Trans Sakit Okean Əməkdaşlıq Müqaviləsinə isə ümumiyyətlə son verəcəyini bildirirdi. Bundan başqa, 45-ci prezidentt Çinlə ticarət kəsirini qapatmaq vədini də verirdi.

Donald Tramp 2016-cı ildə imzalanan Sakit okean əməkdaşlıq müqaviləsindən çıxdığını açıqladı. Keçən ilin noyabrın 30-da isə ABŞ, Kanada və Meksika arasında NAFTA-nı əvəz edəcək müqavilə bağlanıb. Lakin həmin müqavilə Konqres tərəfindən hələ təsdiq edilməyib.

Çinlə isə əsl ticarət müharibəsi başlayıb. Hər iki tərəf bir-birinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edir.

Kuba ilə münasibətlərin sərtləşdirilməsi - qismən
 
Donald Tramp Barak Obamanın 2016-cı ildə Kuba ilə diplomatik münasibətləri bərpa etmək haqqında qərarı tənqid edir və bunu hakimiyyətdən gəldikdən sonra ortadan qaldıracağını söyləyirdi.

 Lakn iqtidarda olarkən onun ləğv etdiyi tək sənəd Kuba ilə imzalanan bəzi niyyət xarakterli ticarət müqavilələri oldu.

Qüdsü İsrailin paytaxtı kimi tanımaq - qismən

Bununla bağlı vədini Tramp 2017-ci ilin dekabrında yerinə yetirib. 2018-ci ilin mayında isə ABŞ səfirliyinin bir hissəsini Tel-Əvivdən Qüdsə köçürüb.

Barak Obamanın sığorta haqqında qanununun (Obamacare) ləğvi - qismən

Barak Obamanın ölkə əhalisinin 15%-ni sığorta ilə təmin edən bu qanunu tam ləğv etməyə Tramp administrasiyasının gücü çatmayıb. Lakin o qanundakı bir sıra müddəaları dəyişdirərək sığorta üçün müraciət olunması ilə bağlı müddətləri qısaldıb, habelə qanunu icra etməyən şirkətlərə tətbiq olunan pul cəriməsini ləğv edib.

NATO-dan çıxmaq - vaz keçib

Seçkidən qabaq Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırırdı. İndi ABŞ prezidenti yalnız üzv dövlətlərin təşkilata pul ayırmamasından şikayət edir. Buna baxmayaraq Ağ Ev rəhbəri hələ də müttəfiqlərinin alyans qarşısında büdcə öhdəliklərini yerinə yetirməməsi halında İttifaqdan ayrıla biləcəyini də dilə gətirir.

İşgəncənin leqallaşdırılması - imtina edib

Seçkidən qabaq Donald Tramp əsirlərin suya batırılaraq işgəncə verilməsi üsuluna dəstək verəcəyini bildirsə də, sonradan dövlət katibi Maykl Pompeo və keçmiş müdafiə naziri Ceyms Mettisin təzyiqləri ilə geri çəkildiyini açıqlayıb.

Hillari Klintonun məhkəmə qarşısına çıxarılması - bacarmayıb

Donald Tramp qalib gəlməsi halında rəqibi Hillari Klintonu cinayət məsuliyyətinə cəlb edəcəyini hər yerdə , o cümədən tvitter hesabında açıqlayıb. Lakin sonradan Klinton haqqında “bu ölkənin ona minnət borcu var” deyərək bu iddiasından vaz keçib.



Xəbərin oxunma sayı : 271




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap