Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Doqquz ayda 164,4 min yeni iş yeri açılıb- Statistika Komitəsi

Tarix 20.11.19, 22:47

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 24,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 55 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların, o cümlədən 14,6 faizi Aran, 7,3 faizi Gəncə-Qazax, 6,4 faizi Lənkəran, 3,9 faizi Abşeron, 3,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Dağlıq Şirvan, 2,5 faizi Yuxarı Qarabağ, 2,1 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşür.

İş yerlərinin 32 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər üzrə açılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 51 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 12 faizi tikinti, 8,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi emal sənayesi, 3,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 9,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, yanvar-sentyabr aylarında ölkədə 7,3 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 51,8 faizi qeyri-dövlət sektorunun payına düşür. İş yerlərinin 39,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.




Xəbərin oxunma sayı : 553




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap