Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

DTK Belarusda silahlı qiyamın qarşısını aldı - 26 nəfər həbs olundu

Tarix 24.03.17, 3:40

Font ölçüsü : - / +
bitmap-img6


Belarusun Dövlət Təhlükəsizliyi Komitəsi kütləvi qarışıqlıqlarda iştirak üçün təlimlər və hazırlıqlar faktı üzrə cinayət işi qaldırıb.

"Dövlət Təhlükəsizliyi Komitəsi kütləvi qarışıqlıqlarda iştirak üçün təlimlər və hazırlıqlar faktı üzrə cinayət işi qaldırıb. Miroslav Lozovskinin başçılığı ilə "Ağ legion"un, həmçinin Dmitri Daşkeviçin başçılığı ilə "Gənc cəbhə"nin aktivistləri- cəmi 26 nəfər saxlanılıb”.

Virtualaz.org bildirir ki, xəbəri dövlət KİV-ləri Belarusun Dövlət Təhlükəsizliyi Komitəsinə istinadən yayıblar.

Onların yaşadıqları və sənədləri saxladıqları yerlərdə 29 axtarış aparılıb. Nəticədə “Kalaşnikov” avtomatı, 3 karabin, 2 tapança, patronlar, qumbaralar, atma bıçaqlar, baltalar, əldəqayırma partlayıcı qurğuların istehsalı üçün predmet və maddələr, hərbi formalar, güllədeşməz jiletlər, kaskalar, NATO nümunəsinin tibbi dərman qutuları, "Azov" batalyonunun, "Belarus Taktik qrupu"nun və başqalarının müxtəlif rəmzləri, həmçinin şəhərdə döyüş əməliyyatlarının aparılması üzrə dərsliklər götürülüb.

Dövlət Təhlükəsizliyi Komitəsində istisna etməyiblər ki, "Ağ legion" aktivistlərindən götürülmüş silah-sursatdan martın 25-də keçirilməsi gözlənilən küçə aksiyaları zamanı istifadə etmək planlaşdırılırdı.

Məlumatda o da vurğulanır ki, ""Ağ legion"un liderləri həmin işə Dmitri Daşkeviçin başçılığı ilə "Gənc cəbhə" aktivistlərini cəlb etmək niyyətində idilər. Bundan başqa, Ukraynadan döyüşçülərin gəlməsi də planlaşdırılırdı.



Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap