Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

DTX-dən sensasion əməliyyat –Xarici kəşfiyyata məlumat ötürən keçmiş MTN-nin iki əməkdaşı tutuldu

Tarix 26.12.18, 22:56

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilən MTN-nin iki keçmiş əməkdaşını xarici kəşfiyyata məlumatlar ötürdükləri üçün həbs edib.

AzFakt.com DTX-nin saytına istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları nümayəndələrinin illər ərzində Azərbaycanda çoxmərhələli kəşfiyyat işi, bununla əlaqədar qonşu ölkələrin ərazisində məxfi görüşlərin təşkili və Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarını fərdi əməkdaşlığa cəlb etməyə istiqamətlənən kanalların qurulmasından ibarət dərin kəşfiyyat işi müfəssəl aşkarlanıb, aidiyyəti şəxslər casusluq formasında dövələtə xəyanət və digər cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib, xarici xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat işi üçün uydurulmuş və həqiqi şəxsiyyətləri, kəşfiyyat metodikaları aşkarlanıb, əməliyyat-kəşfiyyat işləri ilk mənbəyədək ifşa edilərək zərərsizləşdirilib:

“Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Eləcə də müəyyən edilib ki, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. Bəhruz Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.

Bəhruz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib. Bəhruz Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyən edilib, digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib, ifşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələri aradan qaldırılıb”.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.



Xəbərin oxunma sayı : 628




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap