Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

DTX-nin “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb

Tarix 16.10.18, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb.Bu barədə DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunması ölkəmizdə uğurla həyata keçirilən və dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edən siyasətin prioritet istiqamətlərindəndir: “Dövlət Təhlükəsizliyi Xidməti (DTX) haqqında məlumatların və digər faydalı informasiyaların ilkin mənbədən əldə edilməsi imkanlarının genişləndirilməsi, həmçinin ictimai əlaqələrin qurulması işinin müasir dövrün tələblərinə uyğun daha təkmil səviyyədə təşkil olunması məqsədilə DTX-nin rəsmi “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb. Yeni yaradılmış səhifə və kanallar vasitəsilə DTX-nin tarixinə, əməliyyat-xidməti fəaliyyətinə, beynəlxalq əməkdaşlıq əlaqələrinə, eləcə də ictimaiyyətlə görüşlər üzrə keçirilən tədbirlərinə dair və sair mövzularda müxtəlif səpkili maraq doğuran məlumatlar və foto-video materiallarla tanış olmaq mümkündür”.
“Eyni zamanda diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır! Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar. Hörmətli istifadəçilərə səmərəli informasiya mübadiləsinə görə əvvəlcədən təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq!”, – məlumatda vurğulanıb. 



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap