Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

DTX və DSX rəhbərliyi Respublika Günü yürüşündə - FOTOLAR

Tarix 27.05.17, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


28 May – Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının və Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin iştirakı ilə birgə idman yürüşü keçirilib.

APA-nın xəbərinə görə, idman yürüşündə DTX-nın rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev də iştirak edib.

Yürüşdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mədət Quliyev 28 May – Respublika Günü münasibəti ilə yürüş iştirakçılarını təbrik edib. O, yürüşün keçirilməsi üçün edilən təşəbbüsə dəstək verdiklərinə görə KİV nümayəndələrinə minnətdarlığını bildirib: “Bizim çağırışımıza hamı qoşuldu. Bu, bizim xalqımızın bir yerdə olduğunu göstərir”.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev deyib ki, müstəqilliyi qazanmaq asan, lakin onu qoruyub saxlamaq çox çətindir: “Dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərtərəfli islahatlar nəticəsində iqtisadi böhranın ölkəmizə təsirləri minimuma endirilib”.

A. Babayev əlavə edib ki, həm regionda, həm də dünyada Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan müəyyən qüvvələr var.

Daha sonra yürüş başlayıb. Dövlət Bayrağı Meydanından başlayan idman yürüşü Bakı saat qülləsində başa çatıb.

Sonda qaliblər və iştirakçılar təltif edilib.











Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap