Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

DTX yoqa kursları açıb - FOTO

Tarix 24.09.17, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Şəhriyar adına Mədəniyyət Mərkəzində yoqa kurslarının açılış mərasimi keçirilib.

Virtualaz.org bildirir ki, kurslar sabahdan işləməyə başlayacaq. DTX əməkdaşları bu kurslarda yoqa ilə pulsuz, qalan vətəndaşlar isə pullu əsasda məşğul ola biləcəklər.

Açılış mərasimində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxış edib.

Mədət Quliyev deyib ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasət onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bunun nəticəsidir ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf var. Məhz bu mərkəzdə belə məktəb açılması da sevindirici haldır. Yoqa nə idman, nə də siyasətdir. Bu, sadəcə sağlamlıq üsuludur. Dövlət başçısı əhalinin sağlamlığı üçün əlindən gələni edir. Bu da o istiqamətdə atılan addımlardan biridir”.

DTX rəisi ümidvar olduğunu bildirib ki, DTX əməkdaşları və sadə vətəndaşlar yoqa ilə fəal məşğul olacaqlar və bu onların sağlam həyat tərzi keçirmələrinə imkan yaradacaq.

Sonra mərasimdə Hindistanın Azərbaycandakı səfiri Sandjay Rana çıxış edib. O, yoqanın təbliği üçün Azərbaycan hökumətinə və DTX rəhbərliyinə təşəkkürünü bildirib.

Hindistan səfiri həmçinin ümid etdiyini bildirib ki, azərbaycanlıların çox hissəsi sağlam həyat tərzini seçəcək.

Qeyd edək ki, yoqa dərsləri üzrə müəllim Beynəlxalq Şivanada Yoqa Vedata Mərkəzində Polşada təhsil almış “Yoqa Şiromani” tituluna və diplomuna sahib olan Elçin Quliyevdir.

Dərslər həftənin I, III və V günləri keçiriləcək.

2
210362_src
210367_src
210368_src




Xəbərin oxunma sayı : 700




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap