Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

DYP-də Ramiz Zeynalov Müşfiq Rəhimov mübarizəsi

Tarix 22.01.18, 5:53

Font ölçüsü : - / +
bitmap-img6


Baş Dövlət Yol Polis İdarəsinin rəhbərliyində təmsil olunan və ölkə mətbuatında daha çox sürücülük vəsiqəsi və nömrə satan şəxslər kimi adları hallanan bağlı Mübariz Şahbazov və Müşfiq Rəhimovla bağlı Qlobal.az-a ilginc informasiya daxil olub.
 
Məlumatda vurğulanır ki, bir neçə ay öncə DYP-nin daxili strukturunda edilən dəyişiklikdən sonra nömrə biznesi ilə daim gündəmdə olan Müşfiq Rəhimov tamamilə neytrallaşdırılıb. DYP içindəki mənbənin bildirdiyinə görə qurumun rəisi general-mayor Ramiz Zeynalovun göstərişi ilə Müşfiq Rəhimovun bütün işləri bütünlüklə müavin Mübariz Şahbazova həvalə edilib. Əslində əvvəl də struktur etibarilə Müşfiq Rəhimov şöbə rəisi olaraq Mübariz Şahbazova tabe idi. Ancaq Eldar Mahmudovun MTN naziri olduğu dövrdə sabiq nazirliyin yüksək rütbəli şəxsləri ilə isti münasibətlər yaradan Müşfiq Rəhimov birbaşa Ramiz Zeynalovla hesablaşırdı.
 
Qeyd olunur ki, həmin vaxtlar nömrə biznesini qeyd-şərhsiz öz əlinndə cəmləşdirən Müşfiq Rəhimov hətta Mübariz Şahbazovun nəzarətinə verilən "sürücülük biznesi"nə də "əl atırdı". Ancaq E. Mahmudovun "vurulmasından" və ölkə mediasında Müşfiq Rəhimovun keçmiş MTN-çilərlə isti münasibətlərinin olması barədə silsiləli məlumatların dərc edilməsindən sonra şöbə rəisinin sükuta qərq olduğu iddia edilirdi. Səssizliyə qərq olan Müşfiq Rəhimovun yenə də nömrə biznesində əsas söz sahibi olduğu deyilirdi. Lakin DYP-nin daxili nizamnamənin dəyişdirilməsindən sonra general Ramiz Zeynalovun Müşfiq Rəhimovu cəzalandırdığı və onun bütün işlərini müavini Mübariz Şahbazova həvalə etdiyi bildirilir. Məlumatda vurğulanır ki, hazırda Baş Dövlət Yol Polis İdarəsində həm sürücülük vəsiqələrini, həm də nömrə satışını hazırda Mübariz Şahbazov əlində çəmləşdirə bilib. General Ramiz Zeynalovun nömrə biznesini tamamilə Müşfiq Rəhimovdan almasından sonra ikincinin bundan çox qəzəbləndiyi və rəisinə qarşı hakimiyyətin yuxarı dairələri ilə bəzi təmaslar iddia edilir.
 
Bildirir ki, hazırda Müşfiq Rəhimov əlindəki maddi imkanların və qohumu Gömrük generalı Vüsal Novruzovun dəstəyi ilə DYP-də yüksək vəzifəyə keçmək uğrunda mübarizə aparır. Ancaq DYP sədri Ramiz Zeynalovun şöbə rəisinin bu istəyinin həyata keçməsinə maneçilik yaratdığı deyilir. Məhz buna görə də Müşfiq Rəhimovun  yaxın ətrafının iştirak etdiyi məclislərdə general-mayor Ramiz Zeynalovdan narazı olduğunu və və ona qarşı haqsızlıq edildiyini açıq şəkildə dilinə gətirdiyi vurğulanır.



Xəbərin oxunma sayı : 4111




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap