Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

DYP-dən piyadalara XƏBƏRDARLIQ

Tarix 25.09.17, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


“İl ərzində 140 mindən çox piyada yolu keçmə qaydalarını pozduğu üçün məsuliyyətə cəlb olunur. Onlardan çoxu il ərzində 4-5 dəfə eyni hərəkəti təkrar edir və cərimələnir. Bəlkə də, arxayınlıq yaranır ki, qaydanı pozsam da, cərimə ödəmirəm. Amma icra strukturları tərəfindən qaydaları pozmuş piyadaların əmlakına həbs qoyulması, hətta xarici ölkələrə gedən zaman ölkədən çıxışına məhdudiyyətin tətbiq edilməsi və s. kimi vasitələr var”.

Bunu avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib. Onun sözlərində görə, cərimə olunan həmin şəxslər bilmədirlər ki, o, cəriməni və üzərinə gəlmiş dəbbə pulunu ömrünün sonuna qədər ödəmək məcburiyyətindədir: “Yəni, kimsə bu cəriməni ödəmirsə, elə bilməsin ki, batdı-getdi və bir daha ondan tələb edilməyəcək. Piyada bilməlidir ki, qaydanı nə qədər pozubsa, onun cərimələri ondan alınacaq. Yaxud da onun hansısa əmlakına yönləndiriləcək. Bir gün həmin əmlakdan istifadə etmək istədikdə, görəcək ki, əmlak artıq onun deyil, üzərində həbs var”.

Kamran Əliyevin fikrincə, cərimə və əmlaka həbsdən də vacib odur ki, piyada öz məsuliyyətini dərk etməlidir: “Əgər o nəzərdə tutulmayan yerdən keçirsə, ilk növbədə həyatını riskə atmış olur. Ondan sonra düşünməlidir ki, bu hərəkətim cibimə ziyandır. Əlbəttə, cərimə ilə insan həyatı bir tutula bilməz”.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap