Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

DYP-dən sürücülərə xəbərdarlıq: maşınına bu işıqları vuranlar cərimələnəcək - VİDEO

Tarix 17.08.17, 4:35

Font ölçüsü : - / +
bitmap-img6


Gənc sürücülərin daha çox üstünlük verdiyi ``Led`` lampalar ``ksenon`` kimi gecə vaxtı ətrafı ağ rəngə boyayır.

AzFakt.com Xəzər xəbər-ə istinadən bildirir ki, son vaxtlar sözügedən lampalar o qədər sürətlə yayılıb ki, bazarda satıcılar da təlabatın çox olduğunu deyirlər. 

Satıcıların sözlərinə görə, gün boyu həmin lampadan 5-6, həftə sonu isə 15 cüt satılır.

Satıcılar deyir ki, ``led`` lampaların heç bir təhlükəsi yoxdur: ``Ksenon``dan fərqli olaraq lampa qızma və yaxud da yanma riski yaratmır".

Ustalar isə deyir ki, bu cür lampaları alarkən onun voltuna diqqət etmək lazımdır. Yəni maşının üstündəki lapmanın voltundan artıq qoymaq istənilən halda avtomobil üçün təhlükədir. Alıcıların əksəriyyəti isə bu cür ağ vuran işıqların gecə vaxtı yaxşı görsəndiyi üçün aldıqlarını deyirlər.

Bəs bu lampanın qanunla istifadəsinə necə icazə varmı?

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin 3-cü bəndinə görə, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Həmçinin, qanun ön fənərlərin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir. İşıqqaytarıcılar isə mütləq ağ rəngdə olmalıdır. Arxa fənərlərdə isə geriyə hərəkət fənəri yalnız ağ, qeydiyyat nişanı işığı yalnız ağ, arxa "stop"lar yalnız qırmızı, dönmə və duman fənərləri narıncı və sarı rəngdə olmalıdır.

Bölmə rəisi bildirib ki, əgər sadalanan bu tələbləri hansısa sürücü pozarsa o, inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə 150 manat məbləğində cərimə ediləcək.

Satıcıların sözündən belə çıxır ki, bu lampalar qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görməsinə də mənfi təsir yaratmır. amma istənilən halda bu tip lapmpalarla bağlı sastıcıların dediyi əsas kimi götürülə bilməz. həmin lampaların texniki göstəriciləri baş dövlət yol polisi idarəsinin texniki baxış şöbəsində yoxlanılmalı və müvafiq rəy verilməlidir.









Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap