Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

DYP-yə yeni təlimat verildi: avtomobillər evakuatorla nə vaxt, necə aparılacaq

Tarix 24.05.17, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda qanunla müəyyən edilmiş hallarda Yol-patrul xidməti (YPX) inspektoru tərəfindən evakuatorun (təxliyyə avtomobili) tətbiqinə dair yeni qayda müəyyənləşdirilib

Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının qəbul etdiyi və mayın 19-da qüvvəyə minmiş “Yol-patrul xidməti haqqında Təlimat”ında əksini tapıb.

YPX inspektoru tərəfindən evakuator (təxliyyə avtomobili) aşağıdakı qaydada tətbiq edilir:

- dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması məqsədilə istifadəsində olan bort-kompüter vasitəsilə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edir;

- YPX inspektoru radio-cihaz vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır. Evakuatorun tətbiq edilməsi ilə bağlı məlumatlar “Evakuatorla təxliyyə olunan nəqliyyat vasitələrinin qeydiyyatı jurnalı”nda qeydə alınır;

- YPX inspektoru “Nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi”ni doldurur (avtomobilin banında görünən zədələr və nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün görülmüş tədbirlər barədə göndəriş vərəqəsində qeydlər etməklə) və evakuatorun heyətinə təqdim edir;

- göndəriş vərəqəsinin əsasında evakuatorun heyəti nəqliyyat vasitəsini duracağa aparır.

- Nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir.

- Evakuator yol-nəqliyyat hadisəsi nəticəsində sıradan çıxmış nəqliyyat vasitələrinin aparılması, habelə xüsusi tədbirlərin keçirildiyi ərazilərdə sahibsiz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə də istifadə olunur. (APA)



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap