Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Ekologiya Nazirliyində “ƏlişahMAT” oyunu: Qum-çınqıl karxanalarını bağlayıb açmaq necəyədir?

Tarix 10.01.19, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi,müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəzi bölgələrdə qum-çınqıl karxanalarını bağlamışdı. Bu haqda Nazirliyin saytında belə bir məlumat verilmişdi: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirilmişdir. 

Reydlər zamanı Quba rayonu ərazisində fəaliyyət göstərən “Qala” fərdi müəssisəsində, “Asko LTD” şirkətində, “Azərproyekt tikinti” ASC-də, “Kənan Ko”, “Xanım”, “Elian Dor”, “Texmexanizasiya servis”, “Körpü-Bina-Tikinti”, “Nik” MMC-lərdə, eləcə də, fiziki şəxslər P.Mikayılova, G.Əliyevaya, Q.İsayevaya, F.Teymurovaya, G.Hüseynovaya, İ.Hacıyevə, Ə.Kürdova və N.Xıdırovaya məxsus qum-çınqıl karxanalarında yerin təkindən istifadə qaydalarının pozulması faktları aşkar olunmuşdur. Bununla əlaqədar Nazirliyin aidiyyəti qurumu tərəfindən səlahiyyətləri daxilində qanunamüvafiq olaraq göstərilən müəssisələr və rəhbər şəxslər inzibati qaydada cərimələnmiş və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan “məcburi göstəriş”lər verilmişdir. İmişli rayonunda fəaliyyət göstərən “AZE”, “Fərid” MMC-lərdə və “Bəhramtəpə çınqıl servis”ə məxsus qum-çınqıl karxanalarında, eləcə də Qaradağ rayonu Umbakı qəsəbəsində fəaliyyət göstərən “Azərinşaatservis” MMC-də “Yerin təki haqqında” Qanunun pozulması hallarına rast gəlinmiş və sözügedən obyektlər “İnzibati Xətalar Məcələsi”nə əsasən cərimələnmişlər”.

Bizimyol.info-ya daxil olan məlumatlara görə, qanun pozmalarına baxmayaraq, bəzi karxanalar onların sahiblərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşovla “dil tapması” nəticəsində yenidən açılıb. Eyni zamanda Bilal Dadaşovun Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəisi Əlişah Rəcəbovla “qarşılıqlı faydalı” işbirliyi nəticəsində Bakı şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirən şirkət rəhbərləri ilə də “dil tapmaq” mükün olub.

Xatırladaq ki, Bilal Dadaşov bu vəzifəyə qədər də ETSN-də işləyib – Təsərrüfat və Kommunikasiya şöbəsinin müdiri olub. Muxtar Babayev nazir təyin olunduqdan dərhal sonra Azər Aslanovu işdən azad edərək ondan da daha “kommunikabel” olan Bilal Dadaşovu Dövlət Ekspertiza İdarəsinə rəis təyin etdi. Nazirin dəyişikıliklərə bu cür idarələrdən başlaması “başadüşülənd”dir; Dadaşov kimi “təsərüfat və kommunikasiya” dahisi sahibkarlarla vaxtlı-vaxtında dil taparaq İdarənin rentabellilik dərəcəsini artıra bilərdi. Eləcə də, adı Əlişah olan Rəcəbov da istənilən MTK rəhbərini bir gedişdə MAT edə bilir.



Xəbərin oxunma sayı : 373

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda