Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri hakim qarşısında - Rüşvət qalmaqalı

Tarix 23.07.19, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin keçmiş vəzifəli şəxsləri - Mehdi Abdullayev və Novruz Alkərəmov barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, cinayət işinə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılır.

Prosesdə ifadə verən Mehdi Abdullayev şöbədə baş məsləhətçi işlədiyini deyib. O, özünü təqsirli bilmədiyini və ittihamın əsassız olduğunu söyləyib: "Rüşvət aldığım iddia olunan Teymur Aslanovu tanımıram və onu istintaqda görmüşəm. Onunla görüşməyimi və rüşvət aldığımı sübut edən fakt yoxdur. O da digər vətəndaşlar kimi nazirliyə müraciət edib, müraciəti də aidiyyəti üzrə baxılıb".

M.Allahverdiyev T.Aslanovun qərəzli şəkildə belə bir ifadə verdiyini vurğulayıb. Ancaq yük maşınının sürücüsü olan Teymur Aslanovla arasında hansı qərəzin olması ilə bağlı suala aydınlıq gətirə bilməyib və söyləyib ki, bu, başqa şəxslər arasında olan mübahisənin nəticəsidir.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyiliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması ilə bağlıdır. Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldığı bildirilir. Onlara Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

 



Xəbərin oxunma sayı : 280




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap