Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ekspert Natiq Cəfərli:“Bu qərardan sonra sərhədyanı ticarətdə axsamalar olacaq”

Tarix 07.12.18, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti noyabrın 27-də “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişiklik edib.

Qərara əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.

Gömrükdən ödənişsiz buraxılan siqaret və alkoqollu içkinin say və həcminin azaldılması məsələsini ekspertlər Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, bunun bir neçə səbəbi var: “Rəsmi izahı odur ki, bu, daxili bazarın qorunması üçün atılan addımdır. Əsasən də sərhədyanı zonalardan ayda 1 dəfə 3 litr alkoqollu içki və 600 ədəd siqareti gətirib daxili bazarda satmaqla daxili istehsalçılara maneçilik törədirlər. Bu, daxili bazarın qorunmasına xidmət edəcək. Yeri gəlmişkən, ölkəmizdə spirtli içkilərin istehsalında artım var. Bu yaxınlarda yeni tütün fabriki açılıb. Bunların birbaşa əlaqəsi var”.

Onun sözlərinə görə, burada başqa bir məsələ də var: “Bu tipli qərar qəbul edilərkən hərtərəfli düşünülməlidir. Sərhədyanı zonalarda yaşayan insanlar kiçik ticarətdən qazanc əldə edib sosial vəziyyətlərini, az da olsa, yaxşılaşdırırsa, bunun özü də ölkə üçün uğurdur. Sərhədyanı zonalarda yaşayan insanların xırda ticarətlə məşğul olaraq sosial vəziyyətlərini yaxşılaşdırması mənfi hal deyil”.

“İndi çox güman ki, sərhədyanı ticarətdə axsamalar olacaq. Onların bu məsələdən pul qazanması zəifləyəcək və sərfəli olmayacaq. Artıq Gürcüstandan, Rusiyadan spirtli içkilər və yaxud da tütün məmulatlarını kiçik həcmdə gətirib satmaq mümkün olmayacaq. Çünki artıq iqtisadi cəhətdən məntiqi qalmayacaq. Bu məsələyə də fikir vermək lazım idi. Daxili bazarın qorunması lazımdır, amma sərhədyanı zonada yaşayan insanların kiçik gəlir mənbələrinin də olması heç də pis deyildi” – deyə ekspert bildirib.

N.Cəfərli qeyd edib ki, sözügedən məsələ ilə bağlı müxtəlif ölkələrin fərqli siyasətləri var: “Avropada bu məsələ, tamamilə, başqadır. Orada, ümumiyyətlə, belə anlayışlar yoxdur. Hətta bir neçə kiçik ölkə azad zona elan edilib. Məsələn, Andorra Fransa və İspaniya ilə sərhəddə yerləşir. Orada tütün və spirtli içkilər vergisiz satılır. Şənbə və bazar günləri İspaniya və Fransadan minlərlə insan gəlib Andorradan tütün və spirtli içkilər alaraq, ölkələrinə qayıdırlar. Azad zona olduğu üçün bunları heç kim yoxlamır”.

“Türkiyədə də ölkəyə gətirilən tütün məmulatlarının və spirtli içkilərin həcmi məhdudlaşdırılır, amma Azərbaycandakı kimi yox. Gürcüstanda da bu normalar mövcuddur, ancaq Azərbaycandakı kimi sərt deyil” 
– deyə o, əlavə edib.

 



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap