Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ekspert Vahid Məhərrəmli:“Kənd təsərrüfatı yarmarkaları ucuzluq adı altında yaradılan süni görüntüdür“

Tarix 11.03.19, 18:46

Font ölçüsü : - / +
bitmap-img6


«Elə sahibkar tapa bilməzsiniz ki, baha qiymətə yetişdirdiyi məhsulu yarmarkada ucuz qiymətə satmış olsun», – kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Novruz bayramı ilə bağlı təşkil olunan yarmarkalarda məhsulun bazarla müqayisədə 30-40% ucuz satılması barədə rəsmi təbliğata belə münasibət bildirir.

O, ölkədə istehsal xərclərinin hələ də baha olduğunu və buna görə də sahibkarın məhsulu ucuz satmaqda maraqlı olmadığını deyir: «Bu, ticarətin qaydasıdır ki, istehsalçı məhsulu baha sataraq həm qoyduğu xərcləri götürmək, həm də istehsalı genişləndirmək istəyir».

Ekspert bütün məsuliyyəti ilə deyir ki, yarmarkalarda ucuz qiymətə satılan məhsullar aşağı keyfiyyətlidir: «Bazarda mal var 5 manata, mal var 2 manata satılır. Nə edir yarmarkalar? Bazarda həmin 2 manata satılan malı yarmarkaya çıxarır və elə o qiymətə – 2 manata satır. Adını da qoyurlar ki, malı ucuz satırıq. Deməli, bazarda aşağı keyfiyyətli sayılan mal yarmarkada bahalı malın ucuzlaşması kimi təqdim edilir».

V.Məhərrəmli deyir ki, bazarda 15 manata satılan malı heç bir sahibkar yarmarkada 12-13 manata satmaz. «Bu, ucuzluq adı altında yaradılan süni görüntüdür, bundan başqa bir şey deyil», – ekspert əlavə edir.

Azərbaycanda hər il hökumət bayramqabağı yarmarkalar təşkil edir və burda məhsulların daha ucuz qiymətə təklif olunduğu bildirilir.

Hazırda Bakıda 14 Novruz yarmarkası fəaliyyət göstərir. Onlar martın 16-na kimi şənbə və bazar günləri fəaliyyətdə olacaq. Martın 16-dan 21-nə kimi isə hər gün fəaliyyət göstərəcək. (azadliq.org)



Xəbərin oxunma sayı : 229




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap