Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Eldar Əzizov Abdin Fərzəliyevi “tənqid atəş“inə tutdu- İcra başçısı iclası nümayişkaranə şəkildə tərk etdi

Tarix 15.03.19, 11:38

Font ölçüsü : - / +
bitmap-img6


Bakının mərkəzində, Nərimanov rayonunda bir çox küçələrin bərbad vəziyyətdə olması Bakı merinin iradına səbəb olub və bu irad Nərimanovun başçısının heç də xoşuna gəlməyib.

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edildikdən sonra ilk işi paytaxt meriyasının daxilində islahatlar həyata keçirtmək oldu. Özünə yeni komanda formalaşdıran Bakının icra başçısı paytaxtın küçələrini gəzir və abadlıq işlərinə də bəzən şəxsən özü nəzarət edir. 

AzFakt.com-a daxil olan məlumata görə bir neçə gün öncə Eldar Əzizovun yanında keçirilən iclasda heç kəsin gözləmədiyi halda Abdin Fərzəliyevin rəhbərlik etdiyi Bakının Nərimanov rayonununu tənqid "atəş"inə tutub. Eldar Əzizovla münasibətləri çox yaxşı olan Abdin Fərzəliyevin paytaxt merinin bu hərəkətindən "şok vəziyyətə" düşdüyü bildirilir. Adının çəkilməsini istəməyən İcra Hakimiyyətindəki mötəbər mənbənin iddiasına görə Eldar Əzizovun Nərimanov rayonunu "tənqid atəş"inə tutmasının səbəbi Abdin Fərzəliyevin icra başçısı oduğu rayonundakı əksər küçələrin bərbad halda olması ilə bağlı olub. 

Bakı merinin iradına cavab olaraq Abdin Fərzəliyev həmin küçələrdə pilot layihə tikinti işlərinin həyata keçirildiyi üçün ağır tonnajlı avtomobillərin daim hərəkət etdiyini və buna görədə bərbad vəziyyətin yarandığını deyib. Abdin Fərzəliyevin verdiyi cavabı qənaətbəxş hesab etməyən Eldar Əzizov Nərmanov İcra Hakimiyyəti rəhbərliyini məsuliyyətsizlikdə günahlandırıb. 

AzFakt.com-a verilən məlumata görə Bakı merindən bu cür tənqidə dözümsüzlük nümayiş etdirən Abidin Fərzəliyev nümayişkaranə bir şəkildə iclası tərk edib. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com



Xəbərin oxunma sayı : 2254




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap