![]() |
|














Eldar Mahmudov “ölüb”, amma “haqq işi” yaşayır - Ruhu hakimləri təqib edir...
Tarix 13.12.21, 12:58 |
|

Keçmiş MTN rəhbəri Eldar Mahmudovun başçılıq etdiyi cinayətkar dəstənin ləğvindən altı il ötdü. Dəmir barmaqlıqlar arxasına düşən generallardan bəziləri, misal üçün Akif Çovdarov, artıq azadlıqdadır, digər paqonlu qulyabanılar isə cəzalarını çəkməyə davam edirlər.
Mahmudovun bandası illər boyu operativ işin xüsusiyyətləri ilə pərdələnərək on minlərlə cinayət törədib. Yüzlərlə iş adamı, ictimai xadim və sadə vətəndaş bu dəstənin qurbanı olub, Azərbaycanın dövlət təhlükəsizliyi sistemi şantaj, hədə-qorxu, zorakılıq maşınına çevrilərək MTN-in hər şeyə qadir şefinin və onun əhatəsinin varlanmasına xidmət edib.
Bu cinayətlərdə Eldar Mahmudovun rolu həm MTN-in həbs olunan əməkdaşlarının, həm də onların qurbanlarının çoxsaylı ifadələrində təsdiqini tapıb. Yüzlərlə cildlik cinayət işlərində izlər birbaşa MTN-in rəhbərliynə aparır. Bununla belə, Eldar Mahmudovun həbsi barədə qərar qəbul olunmayıb - o, sadəcə ictimaiyyətin nəzərindən yayınaraq, bəzi xəbərlərə görə özünün Bakıdakı çoxsaylı bağlarından birində özünə qapanıb.
Mahmudovun milyardları və daşınmaz əmlak kolleksiyası
Bu şəxs uzun illər Azərbaycanda az qala ən nüfuzlu məmur sayılıb. Mahmudov həm vicdanlı sahibkarları, həm də onların əliəyri həmkarlarını talamaqla böyük sərvət toplayıb, ekspertlər bu sərvətin bir neçə milyard dollar həcmində olduğunu bildirirlər. Ancaq Mahmudov öz nüfuzunun zirvəsində olanda, bircə imza ilə yüzlərlə insanın taleyini məhv edəndə də anlayırdı ki, onun kriminal imperiyası geci-tezi dağılacaq. Odur ki, milyonlarını ardıcıl olaraq xaricə daşıyırdı və bu işdə ona qohumu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev yardım edirdi.
Eldar Mahmudovun nəğd pula ehtirasından başqa daha bir “hobbi”si vardı - general... daşınmaz əmlak kolleksiyası toplayırdı. MTN-in yüksək rütbəli zabitləri sistemli reketlə məşğul olaraq öz qurbanlarından mənzillərini onların adına keçirilməsini tələb edirdilər, həmin mənzillərin ən yaxşıları isə Eldar Mahmudova və ailəsinin üzvlərinə çatırdı. Və MTN cinayətkar dəstəsinin darmadağın edilməsindən 6 il sonra da məhkəmələr itirdikləri mənzillərini geri tələb edən qurbanların çoxsaylı iddiaları ilə dolub daşır.
Əməkdaşlarımızın “Elektron məhkəmə” portalında apardıqları kiçik bir monitorinqin yekunda Mahmudovlar ailəsinin əlində cəmlənən daşınmaz mülkiyyətlə bağlı bir neçə maraqlı işi üzə çıxdı.
“Elips-R” şirkətindən ələ keçirilən 309 min manatlıq mənzil
Şikayətçilərdən biri Bakının Nəsimi rayonunda üç bloklu yaşayış kompleksinin inşası ilə məşğul olan “Elips-R” mənzil-tikinti kooperativinin sədri Rauf Bayramovdur.
2014-cü ilin yayında şirkətin ofisinə eyni vaxtda beş MTN əməkdaşı gəlir. Onlar MTN sədri Eldar Mahmudovun əmri ilə gəldiklərini bildirir və Bayramovu həbslə hədələyərək ondan ya pul verməsini, ya da tələb olunan məbləğin ekvivalenti olaraq mənzil tələb edirlər. Bərk qorxan rəhbərlik elə yerindəcə MTN şefinin əmisi oğlu İlham Mahmudovun adına order tərtib edir və həmin orderə görə, İlham Mahmudov binanın üçüncü blokunda mənzil üçün 309 min manat “ödəyib”. Aydındır ki, “Elips-R” şirkətində İlham Mahmudovu heç vaxt görməyiblər.
"Elips-R" şirkətinin tikdiyi həmin bina
Vəziyyətin paradoksallığı ondadır ki, zorakılığa məruz qalan iş adamları MTN rəhbərinin qohumuna tikintisinə hələ başlanılmamış binanın üçüncü blokunda mənzil “satıblar”. Üstəlik, “Elips-R” şirkəti həmin binada mənzil satışını heç elan da etməmişdi. Sonralar yaşayış binasının iki blokunun tikintisi başa çatdırılır, üçüncünün tikintisinə isə müəyyən səbəblərdən başlanılmır. Nəticədə İlham Mahmudov özünün virtual 309 min manatına görə mövcud olmayan binada mənzil alır.
2015-ci ildə Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan, onun cinayətkar qruplaşması ifşa olunandan sonra “Elips-R” rəhbərliyi rahat nəfəs alır - hesab etmək olardı ki, şirkətə hücumla və mənzil tələbi ilə bağlı hadisə artıq keçmişdə qalıb. Ancaq yox! Bir müddət sonra İlham Mahmudov məhkəməyə müraciət edərək “Elips-R” şirkətindən… 309 min manat tələb edir.
MTN əməkdaşlarının həbslə hədələyərək tələb etdiyi pulların indi də məhkəmə qaydasında onlardan tələb olunmasına şirkət rəhbərliyinin reaksiyasını təsəvvür etmək çətin deyil.
Yeri gəlmişkən, “Elips-R” şirkətinin “virtual” mənzillə bağlı işi həmin siyahıda heç də yeganə iş deyil.
“Rich” şirkətinin rəhbərliyinə təhdidlər: 3 mənzilin əvəzinə 2 mənzil...
Oxşar vəziyyətlə Bakının Yasamal rayonunda, Nazim Hikmət küçəsi, 27 ünvanında yaşayış binası inşa edən “Rich” mənzil-tikinti şirkəti də qarşılaşıb.
MTN əməkdaşları “Rich” şirkətinin ofisinə gələrək bildiriblər ki, inşa olunan bina Eldar Mahmudovun çox xoşuna gəlib və ona orada üç mənzil ayrılmasını istəyir. Şirkət rəhbərliyi cavab olaraq mənzilləri MTN rəhbərinə satmağa məmnunluqla hazır olduqlarını bildiriblər, ancaq deyiblər ki, hədiyyədən söhbət gedə bilməz.
Çekistlər əliboş çıxıb gedirlər, ancaq tezliklə “Rich” şirkətinin sahiblərinə Bakı meriyasından zəng olunur və ciddi problemlərlə hədələyərək onlardan MTN rəhbərinin “xahiş”ini yerinə yetirmələri tələb edilir. Daha sonra Eldar Mahmudovdan “kompromis” təklif gəlir: MTN rəhbəri tikinti şirkətinin sahiblərinə inşa olunan binada üç mənzilin əvəzində Təhsil Nazirliyinin yaxınlığında tikilən binadan Eldar Mahmudovun qızı Nərgizə məxsus olan iki mənzili təklif edir.
Ancaq “Rich” şirkətinin rəhbərləri bu mübadiləni qeyri-bərabər sayaraq ondan imtina edirlər. Belə olanda MTN əməkdaşları şirkət rəhbərlərini açıq-aşkar hədələyərək əgər mənzillər Eldar Mahmudova verilməzsə biznesini əllərindən alacaqlarını bildirirlər. Çıxış yolu qalmır və “Rich” Nərgiz Mahmudovaya üç mənzil verərək əvəzində iki mənzil alır.
MTN-dəki cinayətkar dəstə ifşa olunandan sonra “Rich” rəhbərliyi əllərindən alınan mənzilləri geri qaytarmaq üçün Yasamal rayon məhkəməsinə müraciət edərək Nərgiz Mahmudova ilə bağlanmış müqavilənin etibarsız sayılmasını tələb edir. Ancaq məhkəmə işini uduzurlar.
Arif Qaraşov 5 mənzil aldı, amma onları Nərgiz Mahmudovanın adına keçirdilər
Çoxsaylı iddiaçıların siyahısında daha çox təəccüb doğuran isə Qaraşov soyadlı şəxsin iddiasıdır.
Məsələ ondadır ki, yaxın zamanda Konstitusiya məhkəməsində Arif Qaraşovun onun mülkiyyətinin zorla MTN-in keçmiş rəhbərinin qızı Nərgiz Mahmudovanın xeyrinə əlindən alınması ilə bağlı iddiaya baxılacaq. Söhbət Kərəm Həsənovdan əvvəl Dövlət daşınmaz əmlak reyestri Xidmətinə rəhbərlik edən və ölkədə yetərincə tanınmış məmur olan Arif Qaraşovdan gedir.
Arif Qaraşovun Ali məhkəmənin mülki kollegiyasının qərarından verdiyi kassasiya şikayətində bildirilir ki, o, 2006-cı ilin avqustunda “Caspian Service” MMC ilə müqavilə bağlayır(haqqin.az əvvəllər bu şirkət haqqında insanların yaşamaq hüquqlarını əllərindən alan Sultanov qardaşlarının özbaşınalığı barədə məqalədə yazıb). Müqaviləyə görə, Arif Qaraşov Yasamal rayonu, Qutqaşınlı küçəsi, 500-cü məhəllə ünvanında tikilən 18 mərtəbəli mansardlı binada ümumi sahəsi 769,6 kvadrat metr olan 5 mənzil alır. Sonralar məlum olur ki, müqaviləyə baxmayaraq “Caspian Service” şirkəti həmin mənzilləri Eldar Mahmudovun qızı Nərgiz Mahmudovaya verib. Maraqlıdır ki, həmin müqavilə əsasında Dövlət Reyestri Xidməti 2012-ci ildə Nərgiz Mahmudovaya mənzillər üçün mülk kağızı verib. Baxmayaraq ki, həmin binada başqa heç bir mənzilin bu cür mülk kağızı yoxdur.
Arif Qaraşov öz iddiasında bildirir ki, heç vaxt həmin mənzillərə olan hüququndan imtina etməyib və onlar Nərgiz Mahmudovaya qanunsuz olaraq verilib.
Hüquqlarının pozulması ilə rastlaşan Arif Qaraşov Yasamal məhkəməsinə iddia ilə müraciət edir və işi udur: məhkəmənin 18 dekabr 2019-cu il tarixli qərarı ilə “Caspian Service” və Nərgiz Mahmudova arasında bağlanmış müqavilə qanuni qüvvəsini itirir və mənzillərin iddiaçıya qaytarılması qərarı çıxarılır.
Mahmudovun qızının apellyasiya şikayəti: hakimlər Mahmudovun tərəfini tutur
Cavab olaraq Nərgiz Mahmudova apellyasiya şikayəti verir və yuxarı instansiya məhkəmələri gözlənilmədən bu mülkiyyət mübahisəsində Eldar Mahmudovun tərəfini tutmağa başlayırlar. O, əvvəlcə apellyasiya məhkəməsində qalib gəlir, sonra isə Ali məhkəmə Arif Qaraşovun şikayətini rədd edir. Keçmiş məmur pozulmuş hüquqlarının bərpası ümidi ilə hazırda Konstitusiya məhkəməsinə müraciət edib.
Bizim bu işlə bağlı Qaraşovdan şərh almaq üçün bütün cəhdlərimiz uğursuzluqla nəticələndi - o, bu haqda danışmaqdan imtina etdi. Bununla belə, Qaraşovlar ailəsinə yaxın olan mənbə ilə görüşdük və işin bəzi təfsilatlarını aydınlaşdıra bildik.
Məlum olub ki, Arif Qaraşov 2006-cı ildə binanın 12-ci mərtəbəsində beş mənzil alıb. Bir qədər sonra, “Caspian Service” şirkəti maliyyə çətinlikləri ilə qarşılaşanda Qaraşovla tanışlıqdan yararlanaraq ona 18-ci mərtəbədəki mənzilləri almağı da təklif edib.
Mahmudovun yavəri Qaraşovun yanına yollanır və deyir ki...
Arif Qaraşovla Eldar Mahmudovun tanışlığı sonuncunun MNT rəhbəri təyin olunmasından xeyli əvvələ təsadüf edir. 2012-ci ildə Qaraşov Mahmudovun qəbuluna düşür və köhnə tanış kimi mehribanlıqla qarşılanır. Ancaq bir neçə gün sonra Mahmudovun yavəri Qaraşovun yanına gəlir və nazirin Qaraşovun 12-ci mərtəbədə aldığı mənzilləri almaq istədiyini çatdırır. Əvəzində Qaraşova başqa yerdə elə həmin cür mənzillər təklif olunur.
Qeyd edək ki, bu, 2012-ci ildə - Eldar Mahmudovun nüfuzunun zirvəsində olduğu vaxt baş verir. MTN rəhbərinin istənilən istəyi o vaxtlar yazılmamış qanun sayılırdı, onun varlanmaq hərisliyi və sonsuz acgözlüyü isə dillər əzbəri idi.
Bununla belə, Qaraşov generalın təklifindən imtina etməyə özündə cəsarət tapır və yavər öz müdirinin yanına əliboş dönür. Ancaq bir müddət sonra Qaraşovun yanına Mahmudovun adamları yenidən gələrək ona imtinasının MTN rəhbərində hiddət doğurduğunu söyləyir və MTN rəhbərinin “xahiş”ini yerinə yetirməsini məsləhət görürlər.
Qaraşov MTN əməkdaşlarının təklifi ilə həmin vaxt Bakı meriyasında kooperativ mənzillərin tikintisi İdarəsinə rəhbərlik edən Elman Fətiyevlə görüşə yollanır. Arif Qaraşova tikilməkdə olan kooperativ binalardan birində mənzillər təklif olunur - həmin binadakı mənzil fondunun 10%-i Bakı İH-nə ayrılmalı idi. Ancaq Qaraşov başqa ailələrin illərlə gözlədiyi mənzilləri götürmək istəmir.
Mahmudovun qızı və oğlu
Arif Qaraşov MTN tərəfindən təzyiqlərə uzun müddət duruş gətirə bilməyəcəyini anlayaraq “Caspian Service” şirkətinin ofisinə gedir və 12-ci mərtəbədəki mənzillərin alqı müqaviləsinin pozulması haqda yazılı ərizə yazaraq ödədiyi pulları geri istəyir. Müqavilə elə həmin gün ləğv olunur. Bu vaxt Arif Qaraşov müqavilədə həyat yoldaşının adından formal imza qoyur ki, bunu istənilən məhkəmə ekspertizası müəyyənləşdirə bilər. 12-ci mərtəbədəki mənzillərdən imtina etdiyinə görə Qaraşovlar ailəsi nə “Caspian Service”-dən, nə də Eldar Mahmudovun qızından kompensasiya alır. Sonralar aydınlaşır ki, həmin mənzillər müxtəlif şəxslərə satılıb, əldə olunan vəsait isə Eldar Mahmudova çatdırılıb. 12-ci mərtəbədəki mənzillərlə bağlı tarixçə burada bitir.
Ancaq Eldar Mahmudov 12-ci mərtəbədəki mənzilləri Qaraşovun əlindən almaqla dayanmır. Fırıldaq yolu ilə onun qızının adına 18-ci mərtəbədəki mənzillər də keçirilir. Onlardan isə Arif Qaraşov heç vaxt imtina etməyib və hüquqlarını bərpa etmək üçün mübarizə aparır.
Beriya və Mahmudov
Çətin ki, kimisə Eldar Mahmudovun yeni “qəhrəmanlıqlar”ı ilə təəccübləndirmək mümkün olsun: bu şəxs olduqca çox cinayət törətməyə, olduqca çox insanın taleyini məhv etməyə imkan tapıb. Təəccüb doğuran başqa şeydir: niyə onun və kriminal imperiyasının çökdürülməsindən altı il sonra da məhkəmələr MTN-in keçmiş rəhbərinin qohumlarının tərəfini saxlamaqda davam edir, Mahmudovun qurbanları isə öz hüquqlarını bərpa edə bilmirlər?
Tarixçilər yazır ki, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin qüdrətli şefi Lavrenti Beriya 1953-cü ildə edam olunandan sonra da bu şəxsin obrazı hələ bir neçə il təkcə sıravi vətəndaşlarda yox, həm də Sov.İKP-nin görkəmli xadimlərində panik qorxu yaratmaqda davam edirmiş. Doğrudanmı, tarix təkrarlanır və bütün səlahiyyətlərini itirmiş Eldar Mahmudov hələ də onun qohumlarının maraqlarını məhdudlaşdırmaqdan çəkinən məhkəmə işçilərinə qorxu təlqin edir.
Mənbə: Virtualaz.org
Xəbərin oxunma sayı : 1114
Gündəm
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV