Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Eldar Mahmudov əmisi oğlu və Çovdarovla üzləşdirmədə! – Keçmiş nazir gərginlik içində yenidən istintaqda + FOTOLAR

Tarix 17.12.17, 3:42

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov, qeyri-iş günü olmasına baxmayaraq, bu gün də Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verir.

Bu barədə “AzPolitika.info”ya mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, E.Mahmudov səhər 09:00 radələrində İstintaq İdarəsindədir, günorta 1 saatlıq nahar fasiləsindən sonra yenidən bura qayıdıb.

Sabiq nazir dünən və bu gün əsasən oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı 1 milyard dollarla bağlı sorğu-sual edilir.

Bu gün günün birinci yarısında isə hazırda həbsdə olan keçmiş köməkçisi, əmisi oğlu Vüqar Mahmudovla üzləşdirilib. 

“Günün ikinci yarısında Akif Çovdarovun sabiq nazirlə üzləşdirmə üçün İstintaq İdarəsinə gətiriləcəyi gözlənilirdi” – mənbə “AzPolitika”ya bildirib.

Həmçinin əlavə edib ki, sabiq nazir bu gün xüsusilə gərgin görünüb.

Məlumata görə, E.Mahmudov dünən Baş Prokurorluqdan gecə saat 21:00 radələrində çıxıb.

Bu gün də gec saatlaradək istintaq altında olacağı gözlənilir.

Son günlər sabiq nazir ətrafında istintaq hərəkətlərinin intensivləşməsi, onun köməkçisi Vüqar Mahmudov və Akif Çovdarovla üzləşdirilməsi həbs ehtimalının son dərəcə yüksəldiyindən xəbər verir.

E.Mahmudovun bu gün nahar üçün Baş Prokurorluğu tərk edərkən çəkilmiş fotoları təqdim edirik:










Xəbərin oxunma sayı : 457




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap