Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Eldar Mahmudovun 1 milyardlıq xəyanəti bağışlanmayacaq –Sabiq nazirin həbsi gündəmdədir

Tarix 05.01.18, 16:21

Font ölçüsü : - / +
bitmap-img6


3 il əvvəl işdən çıxarılan sabiq nazir Eldar Mahmudovun həbsi məsələsi gündəmdədir.

2015-ci il oktyabrın 17-də tutduğu vəzifədən çıxarılandan sonra yaxın çevrəsində gerçəkləşən həbslər dalğasında keçmiş nazir yaxasını istintaqçılardan kənar tutmağı bacarmışdı. 2016-cı ili tam olaraq, 2017-ci ilin 10 ayını da Eldar Mahmudov bu vəziyyəti davam etdirə bildi. Artıq hər kəsdə belə bir fikir formalaşmışdı ki, Eldar Mahmudov istintaqa çağırılmayacaq, dindirilməyəcək.

Ötən ilin noyabrında isə Eldar Mahmudovu ilk dəfə istintaqa çağırdılar və “MTN işi”nin növbəti mərhələsi başladı. Zərərçəkənlər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin önünə gedib sabiq nazirin dindirilməsinin yekunlaşmasını gözlədilər, idarədən çıxan Eldar Mahmudovu  xoş olmayan sözlərə “qonaq” etdilər. 2017-ci ilin sonuna qədər Eldar Mahmudov 4 dəfə dindirildi. 2018-ci ilin ilk aylarının da sabiq nazir üçün çox narahatlıqlarla zəngin olacağı xəbərləri gəlməkdədir. Bildirilir ki, sabiq naziri yaxın çevrəsində olmuş, hazırda həbs həyatı yaşayan generallarla üzləşdirəcəklər. Ötən il belə bir üzləşmələrdən biri artıq baş tutub. Eldar Mahmudovla ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov üzləşdirlib.  Üzləşmə mövzusunun Eldar Mahmudovun ölkədən 1 milyard dollar çıxarması ilə bağlı olduğu gələn xəbərlər sırasındadır.

Keçmiş MTN polkovniki İlham İsmayıl Eldar Mahmudovun barəsində yayılan xəbərlər və həbsinin gözlənilməsi haqda ölke.az-a deyib ki, ittihamların hamısı ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlıdır: “Rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual edirlər. Eldar Mahmudovun Akif Çovdarovla üzləşdiyi ehtimal olunur. Çovdarov da demir ki, hansısa əməliyyatı həyata keçirərkən Eldar Mahmudov bizə mane olub. O da ölkədən pul çıxarılması barədə danışır”.

Əvvəllər Eldar Mahmudovun tutulmayacağı barədə açıqlamalar verdiyini deyən İlham İsmayıl qeyd edib ki, artıq bu fikirdən daşınıb. Oz artıq hesab edir ki, Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər.

Yada salaq ki, hazırda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev də maliyyə xəyanətinə görə həbsdədir. Onu 15 milyard dolları ölkədən çıxarmaqda ittiham edib həbs etmişdilər. Sonradan ittihamların bir qismi təsdiqini tapmasa da, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edildi. (musavat.com)

 




Xəbərin oxunma sayı : 1312




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap